Paratagenlər — Midiya tayfa ittifaqına daxil olan tayfalardan biri.
İranşünaslar bu tayfanın İranmənşəli olduğunu yazırlarДьяконов И. М. История Мидии. М. — Л., 1956 , səh 148. Herodotun Paratagen kimi yazdığı etnonim Bortoğandır. Qədim türk dillərində boro – boz, toğan (tuğan) isə tərlan quşunun adıdır. Görünür, bortoğan bu tayfanın onqonu olmuşdur.Гейбуллаев Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991 Er. əv. 674-cü ilə aid asur mənbəində Midiyada Partakanu adlı ölkənin adı çəkilirДьяконов И. М. История Мидии. М. — Л., 1956 , səh 262. Güman ki, bu toponim Portoqan tayfasının adını əks etdirir. X əsr müəllifi Konstantin Baqryanorodnıy Cənubi Şərqi Avropada kəngər-peçeneqlər içərisində Borotolmaq adlı tayfanın adını çəkirКонстантин Багрянородный. Об управлении империи. М., 1989. Başqırdlarda Boronayman adlı tayfa məlumdur. XIII əsrdə monqollarda Bor-tokan və Aktokan tayfaları vardıРашид ад-Дин. Джами ат-Таварих, Баку, 1956. Orta əsrlərdə Ön Asiyada bir türk tayfası Boztoğan adlanırdı. Mənbələrdə monqolların Xartaqan (Kara-Toqan) tayfasının adı çəkilir . Bütün bunlar parataken etnoniminin borotoqan etnonimindən təhrif olunduğunu göstərir.
İstinadlar
Həmçinin bax Midiya
Kateqoriya:Midiya Kateqoriya:Azərbaycan tayfaları