Majeykyay () — Litva Respublikasının Telşyay qəzasında şəhər, Majeykyay rayonunun inzibati mərkəzi. Telşyay şəhərindən 46 km şimalda və Latviya ilə sərhəddən 10 km cənubda yerləşir.

Tarix

Majeykyay ilk dəfə yazılı mənbələrdə 1335-ci ildə qeyd edilmişdir. Livoniya ordeninin salnaməçisi, hersoq Majeykanın ölkəsinin viran edildiyi ordenin kampaniyası haqqında yazdı. 1869-cu ildə Vilnüs və Liepayanı birləşdirən Libavo-Romen dəmir yolu çəkildikdə şəhər sürətlə böyüməyə başladı. 1893-cü ildə şəhərdə 13 dükan və 5 içkixanalar var idi. 1894-cü ildə Şərqi Ortodoks Kilsəsi tikildi və bir neçə il əvvəl sinaqoq quruldu. 1902-ci ildə katolik kilsəsi, 1906-cı ildə isə Yevangelist-Lüteran kilsəsi quruldu. 1899-1918-ci illərdə şəhər Muravyov adlanırdı.

Qardaş Şəhərlər

, Havirjov , Lebedin , Litsen , Payde , Plotsk , Saldus , Ştendal

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə yaşayış məntəqələri Kateqoriya:Litva şəhərləri