Tiqran Ovanesi Nağdalyan (; ) — Ermənistan jurnalisti. İrəvanda qətlə yetirilmişdir.

Həyatı Tiqran Ovanesi Nağdalyan 8 iyun 1966-cı ildə Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur.

1995–1997-ci illərdə "Azadlıq Radiosu"nda işləmişdir. O, Ermənistan İctimai Televiziyasının rəhbəri idi və burada həftəlik xəbərlər proqramını da aparırdı. Nağdalyan 1998–2008-ci illərdə Ermənistan Prezidenti olan Robert Köçəryanın dostu və tərəfdarı olmuşdu. O, həmçinin 1999-cu ildə Ermənistan parlamentinə hücumun lideri Nairi Hunanyanın məhkəməsində mühüm şahid kimi qəbul edilmişdir. thumb| İrəvanın Zəkiyan küçəsində xatirə lövhəsi. 28 dekabr 2002-ci idə İrəvanda valideynlərinin evinin girişində bir qrup müxalifət tərəfdarı tərəfindən başından güllə yarası almışdır. O, 36 yaşında xəstəxanada vəfat etmişdir.

6 mart 2003-cü ildə Ermənistan polisi 6 şübhəlini həbs etmişdir. 13 nəfər qətldə ittiham olunmuşdur. 7 nəfərə hökm oxunmuş, 6 nəfərə bəraət verilmişdir. Con Harutunyan sifarişli qatil olmaqda təqsirli bilinmiş, cinayətini etiraz etmişdir. Vazgen Sarkisyanın (keçmiş müdafiə naziri və baş nazir, 1999-cu ildə qətlə yetirilmişdir) və Aram Sarkisyanın (keçmiş baş nazir) qardaşı, biznesmen Armen Sarkisyan qətlin sifarişində təqsirli bilinmişdir. Onların hər ikisi 15 il müddətinə azadlıqdan məhrum edilmişdir. Ovanes Arutunyan vasitəçi qismində (prokurorluqla əməkdaşlıq etdiyinə görə cəzası yüngülləşdirilməklə) 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Müxalifət həbsin siyasi olduğunu və Sarkisyanın günah keçisi olduğunu iddia etmişdir. Onlar Nağdalyanın 1999-cu ildə parlamentə hücum haqqında çox şey bildiyi üçün öldürüldüyünü iddia etmişdilər.

8 iyun 2004-cü ildə İrəvanın Zəkiyan küçəsində xatirə lövhəsi qoyulmuşdur.

Həmçinin bax

Avropada öldürülən jurnalistlərin siyahısı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ermənistan jurnalistləri Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:Sui-qəsd qurbanları