Araz Saatlı FK — Saatlı rayonunu təmsil edən futbol klubu. Hazırda Azərbaycan İkinci Liqasında iştirak edir. Klubun inzibati fəaliyyəti klub prezidenti tərəfindən təşkil edilir.
Klub yarandığı dövrdən etibarən Region Liqasının Mərkəz qrupunda mübarizə aparmağa başlamışdır.
2022–2023-cü illər mövsümündə Region Liqasında pley-off mərhələsinə yüksələn klub Qusar ilə oyunlarda məğlub olaraq mövsümü bitirdi.
2023-cü ildə Peşəkar Futbol Liqasının lisenziya tələblərini ödəyən klub Azərbaycan Birinci Liqasında mübarizə aparmaq hüququ əldə etdi.
2024-cü ildə Azərbaycan İkinci Liqası 2024/2025 və 2024/2025 Azərbaycan Kuboku mövsümündə iştirak edir.
Kateqoriya:Azərbaycan futbol klubları