Georq Karl Tantsler (), eyni zamanda özünü qraf Karl fon Kozel () adlandırmışdır () — almanəsilli ABŞ rentgen texniki. O, kubaəsilli ABŞ vətəndaşı qadın Yelena de Oyosa məhəbbət bəsləməsi və onun vərəmdən vəfat etməsindən bir müddət sonra, 1933-cü ildən 1940-cı ilə qədər cəsədi ilə yaşaması ilə tanınmışdır.
Oyos ilə münasibəti thumb| Yelena Milaqro de Oyos Tantsler 22 aprel 1930-cu ildə dəniz xəstəxanasında işləyərkən Mariya Yelena "Helen" Milaqro de Oyos ilə tanış olmuşdur. O, varlı bir ailədən idi. Atası Panço de Oyosun kiçik bir siqaret fabriki var idi. Yelenanın əri Luis Mesa onun vərəm xəstəliyinə tutulduğunu öyrəndikdən sonra Yelenadan ayrılmışdır. Tantsler ona aşiq olmuşdur. O, Yelenaya qayğı və məhəbbət göstərmiş, ona hədiyyələr vermişdir, lakin de Oyos ona qarşılıq verməmişdi. Yelenanın valideynləri 50 yaşlı Tantslerin onla görüşməsinə qarşı deyildilər, çünki qızlarının həyatının tamamilə ondan asılı olduğunu düşünmüşdülər. Tantsler həyat yoldaşından boşanmışdı, lakin hələ də Yelena ilə evlənə bilməmişdi, çünki o və Luis Mesa boşanmamışdı. Tantslerin bütün səyləri nəticə verməmiş, Yelena 25 oktyabr 1931-ci ildə, cəmi 21 yaşında vəfat etmişdir. Tantsler Yelenanın dəfninin bütün xərclərini ödəmiş, onun üçün hər gecə ziyarət etdiyi dəbdəbəli məqbərə tikdirmişdir.
Tantsler 1933-cü ildə Yelenanın meyitini məqbərədən oğurlamışdır. Tantslerin iddiasına görə, Yelena bunu ondan özü xahiş etmişdi. Bədən zamanla zədələndiyi üçün Tantsler onu bərpa etmişdir. Ona şüşə gözlər yerləşdirmiş, dərinin zədələnmiş yerlərini ipəklə əvəz etmiş, yaralarını tikmiş, həm də bədən formasını saxlaması üçün parçalarla doldurmuşdur. Bu işi işıqlandıran jurnalistlər Tantslerin meyitin vagina hissəsinə karton boru yerləşdirdiyini iddia edərək onu nekrofiliyada ittiham etmişdilər, lakin bunun üçün kifayət qədər inandırıcı dəlil yoxdur.Использованы материалы вскрытия, сделанного в 1972 году докторами Депу и Форэйкором Bundan əlavə, meyitin qoxusunu gizlətmək üçün böyük miqdarda ətir və dezinfeksiyaedici vasitələrdən istifadə etməli olmuşdu. Tantsler meyitlə 7 il yaşamışdır.
İstinadlar
Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ fizikləri Kateqoriya:Nekrofiliya Kateqoriya:Almaniyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Nekrofillər