Ləmbəlidə partlayış — 4 sentyabr 1994-cü ildə Ermənistanın şimalında, Tavuş mərzinin Ləmbəli kənd bazarında baş vermiş partlayış. Partlayış nəticəsində 14 nəfər (iki hücumçu da daxil olmaqla) həlak olmuş və 46 nəfər yaralanmışdır. Buna baxmayaraq, ilkin məlumatlarda 10 nəfərin həlak olması və 26 nəfərin yaralanması qeyd edilmişdir.World briefs, Houston Chronicle, September 5, 1994: 24Bomb explosion in Armenia kills 10, The Buffalo News, September 5, 1994: A3Bomb blast kills 10, injures 26 in Armenian shopping market, Austin American-Statesman, September 5, 1994: A21

Ləmbəli kəndi Gürcüstan–Ermənistan sərhədində, Azərbaycandan çox da uzaq olmayan böyük kənddir. 10,000 azərbaycanlının yaşadığı Sadaxlı kəndi Gürcüstanla sərhəddə yerləşir. 1990-cı illərdə Sovet İttifaqının dağılmasından sonra ərazi "xüsusilə qara bazarda yanacaqla məşğul olan mafioz dəstələrin mərkəzi"nə çevrilmişdi. Azərbaycan və Ermənistan Birinci Qarabağ müharibəsində qanlı münaqişəyə cəlb olunmuşdular.

Partlayışı Bakıdan olan İmran Hüseynov və Gürcüstanın Marneuli bələdiyyəsinin Bula kəndindən Türkmən Cəfərov törətmişdilər. Hər ikisi etnik azərbaycanlı idi.

Yerli rəsmilərin dediyinə görə, "partlayıcı qurğu kodlu çantada yerləşdirilmişdir". Partlayış geniş ərazini əhatə etmişdir.

İstinadlar

Kateqoriya:Birinci Qarabağ müharibəsi Kateqoriya:Tavuş mərzi Kateqoriya:1994-cü ildə Ermənistan Kateqoriya:Ermənistanda terror hadisələri Kateqoriya:1994-cü ildəki partlayışlar Kateqoriya:Ermənistan tarixi