Finlandiya ilə Paris sülh müqaviləsi (1947) və ya Finlandiya və Müttəfiqlər arasında Paris müqaviləsi — Finlandiya ilə Müttəfiqlər arasında imzalanmış sülh müqaviləsidir. Müqavilə 10 fevral 1947-ci ildə imzalanan və İkinci Dünya müharibəsindən sonra Almaniyanın müttəfiqləri ilə müharibə vəziyyətini bitirən Paris sülh müqavilələri sisteminin bir parçasıdır. Müqavilə 15 sentyabr 1947-ci ildə qüvvəyə minmişdir. Antihitler koalisiyası ilə İtaliya arasında müqavilə 10 fevral 1947-ci ildə imzalandı və rəsmi şəkildə düşmənliyə son qoydu. Müqavilə thumb|Sovet-Finlandiya sərhədinin demarkasiyasının başa çatması haqqında "İzvestiya" qəzetinin xəbəri, 16 dekabr 1947-ci il. Finlandiya öz sərhədlərini 1 yanvar 1941-ci il tarixindəki formasına görə yenidən bərpa etdi. Beləliklə, 1939-1940-cı illəri əhatə edən və Sovet İttifaqı-Finlandiya arasında baş vermiş Qış müharibəsi zamanı itirdiyi ərazilər yeni sərhədlərdən kənarda qaldı. Həmçinin Petsamo əyaləti də Sovet İttifaqına verildi. Finlandiyada Sovet İttifaqının başlatdığı Qış müharibəsi zamanı Finlandiyanın Qərbdən aldığı rəğbətdən sonra təzminatlar və diktə edilmiş sərhəd tənzimlənməsi Qərb dövlətləri tərəfindən böyük ədalətsizlik və xəyanət kimi qəbul edildi. Lakin bu rəğbət Finlandiyanın 1941-1944-cü illər arasında nasist Almaniyası ilə əməkdaşlığı nəticəsində pozulmuşdu. Bu müddət ərzində Finlandiya nəinki 1940-cı ildə itirdiyi əraziləri geri aldı, həm də Sovet ərazisinin dərinliklərinə doğru davam etdirdi və Sovet İttifaqı torpaqlarının geniş bir zolağını işğal etdi. Finlandiyanın bu əməli Böyük Britaniyanı ona 1941-ci ilin dekabrında müharibə elan etməsinə yol açdı. Beləliklə də, Finlandiyaya olan Qərb dəstəyi tədricən zəiflədi. Sovet İttifaqının Finlandiyadan aldığı ərazilər 1944-cü ilin 19 sentyabr tarixində imzalanmış Moskva atəşkəs razılaşmasına əsaslanmaqda idi. Həmçinin Moskva atışkəs müqaviləsində tənzimlənən Hanko yarımadasının icarəsi ilə birlikdə Porkkala-Udd bölgəsinin su və quru ərazilərində Sovet İttifaqına 30 illik dəniz donanması mərkəzi qurma icazəsi verildi. Həmçinin Finlandiya Sovet İttifaqına hər il 5 milyon fin markası ödəməli idi. Həmçinin "hal-hazırkı mövcud vəziyyətə uyğun olaraq" Alland adalarının hərbisizləşdirilməsi vəziyyətinin davam etdirilməsi nəzərdə tutulurdu. Finlandiya ilə imzalanmış Paris sülh müqaviləsi Qış müharibəsini bitirən Moskva sülh müqaviləsində Sovet İttifaqının əldə etdiyi ərazilərin artmasına səbəb oldu.
Müharibə zamanı Finlandiyanın Sovet ərazisini işğal etməsi nəticəsində SSRİ-yə dəymiş itkilərin qismən kompensasiyası olaraq, Finlandiyanın Almaniya ilə müharibədə iştirakını nəzərə alaraq, Finlandiya 300 milyon ABŞ dolları məbləğində təzminat ödəməyi öhdəsinə götürdü. Müəyyən edilib ki, təzminat 8 il müddətində müxtəlif malların tədarükü şəklində ödənəcək. Almaniya ilə yekun nizamlanma sazişi bağladıqdan sonra Finlandiya 1990-cı il sentyabrın 21-də Paris müqaviləsinin hərbi məhdudiyyətlərinin (nüvə silahları istisna olmaqla) artıq aktual olmadığını və qüvvəsini itirdiyini birtərəfli qaydada bəyan etdi. thumb|Müqavilənin fin dilində hazırlanmış mətni (1947).
Həmçinin bax Paris sülh müqavilələri (1947)
İstinadlar
Mənbə
Kateqoriya:1947-ci ilin beynəlxalq müqavilələri Kateqoriya:Finlandiya Kateqoriya:Belarusun müqavilələri Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:Finlandiyanın müqavilələri Kateqoriya:Hindistanın müqavilələri Kateqoriya:SSRİ-nin müqavilələri Kateqoriya:Ukraynanın müqavilələri Kateqoriya:Finlandiya–SSRİ münasibətləri Kateqoriya:İkinci Dünya müharibəsinin müqavilələri