İbrahim Traore (; ) — Burkina-Faso silahlı qüvvələrinin kapitanı, "Kobra" xüsusi bölməsinin komandiri. O, 2022-ci ilin sentyabr çevrilişi zamanı ölkədə hakimiyyəti ələ keçirərək müvəqqəti dövlət başçısı olmuşdur.

Həyatı Traore 2022-ci ilin yanvarında baş tutmuş silahlı çevrilişin iştirakçılarından biri idi. Hakimiyyət dəyişdikdən sonra Kaya şəhərində "Kobra" dəstəsinin rəisi vəzifəsində çalışmış və cihadçılara qarşı döyüşlərdə iştirak etmişdir.

Bu zaman Traore yeni hökumətin lideri Pol-Anri Sandaoqo Damibain islamçı radikalların üsyanını cilovlaya bilməməsi ilə bağlı hərəkətlərindən narazı qalmışdı. Bundan əlavə, hakimiyyət "Kobra" döyüşçülərinin maaşlarını gecikdirirdi. 30 sentyabrda hərbçilər "Vaqner" qrupundan olan Rusiya muzdlularının köməyi ilə Damibanı devirmişWhy Russia is cheering on the Burkina Faso coup , BBC, 10.10.2022 və Traore ölkənin başçısı olmuşdur.

İstinadlar

Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Burkina-Faso prezidentləri Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri Kateqoriya:Avtoritarizm Kateqoriya:Antiatlantizm