ArmeniaNow — Ermənistan müstəqil onlayn xəbər saytı. Mərkəzi İrəvanda yerləşir. İngilis və erməni dillərində dərc edilmişdir. Sayt 2002-ci ilin iyulunda təsis edilib və son nömrəsini 2016-cı ilin iyununda dərc edib. O, Ermənistanda əsas internet qəzetlərindən biri kimi tanınırdı. Qəzetin baş redaktoru amerikalı proqressivist Con Xyuz idi və 20 jurnalistdən ibarət heyəti var idi.

"ArmeniaNow"a müxtəlif müəlliflər və siyasi analitiklər, həmçinin "Human Rights Watch", "Amnesty International" və "Freedom House" kimi beynəlxalq təşkilatlar istinad ediblər.

Həmçinin bax

Ermənistandakı qəzetlərin siyahısı

İstinadlar

Kateqoriya:Ermənistan xəbər veb-saytları Kateqoriya:Erməni dilində qəzetlər Kateqoriya:Erməni dilində kütləvi informasiya vasitələri Kateqoriya:2002-ci ildə yaranan saytlar