Vuds Rocers (; ) — ingilis kapitanı, kaperi, sonra isə Baham adalarında Britaniya imperiyasının ilk kral qubernatoru. O, Aleksandr Selkirki xilas edən gəminin kapitanı kimi tanınır. Onun taleyinin Daniel Defonun "Robinzon Kruzo" romanına ilham verdiyinə inanılır.

Rocers iki dəfə Baham adalarının qubernatoru təyin edilmişdir. O, burada İspaniyanın hücumu təhlükəsinin qarşısını almağa və koloniyanı quldurlardan təmizləməyə nail olmuşdur. Rocers bu məqsədlə İngiltərə kralına sədaqətlə xidmət etməyə hazır olan kapitanları işə götürmüş, tez-tez bu işə Bencamin Horniqold kimi keçmiş quldurları cəlb etmişdir.

Onun qubernator kimi ilk müddəti maddi cəhətdən bərbad olmuşdur. İngiltərəyə qayıtdıqdan sonra borcuna görə həbs edilmişdir. Rocers qubernator kimi ikinci müddətində təxminən 62 yaşında Nassauda vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Dünya ətrafında dövr edənlər Kateqoriya:Britaniya siyasətçiləri