Elizabet Qrir "Bini" Feldşteyn () — ABŞ aktrisası. O, "Qonşular 2" və "Parəbüzən" filmlərindəki rolları ilə məşhurlaşıb. Bini 2019-cu ildə çəkilmiş "Çoxbilmiş" filmindəki performansına görə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib.

Bini Feldşteyn həmçinin Brodvey tamaşalarında çıxışlar etmişdir. 2017-ci ildə o, "Hello, Dolly!" adlı tamaşa ilə debütünü etdi. Burada o, Minni Fey obrazını canlandırdı. Bini daha sonra 2022-ci ildə "Funny Girl" adlı başqa bir tamaşada Fanni Brays rolunu oynadı. Bu işinə görə o, "Drama Liqası" mükafatına namizəd göstərildi. Aktrisa "Amerikan cinayət hekayəsi" teleserialının üçüncü mövsümündə Monika Levinskini canlandırmışdır.

Həyatı Elizabet Feldşteyn Los-Anceles şəhərində doğulub. Onun anası Şeron Lin geyim dizayneridir, atası Riçard Feldşteyn isə Guns N' Roses qrupunun konsert mühasibi olmuşdur. Elizabet yəhudidir. O, ailənin üçüncü övladıdır. Özündən böyük iki qardaşı var. Biri aktyor Cona Hill digəri isə Cordan Feldşteyndir. Qardaşı Cordan 2017-ci ildə 40 yaşında olarkən vəfat etmişdir. Cordan Maroon 5 qrupunun meneceri idi.

Bini () ləqəbi ona körpə ikən dayəsi tərəfindən verilmişdir. O balaca olanda qardaşları da onu belə çağırırdı. O, iki məktəbə – Los-Ancelesdəki Harvard-Vestleyk məktəbinə və Nyu-Yorkdakı teatr düşərgəsi olan Stagedoor Manor-a getmişdir. O, Ben Platt adlı başqa bir aktyorla orta məktəbdə oxuyarkən ən yaxşı dost oldu. Onlar hələ də yaxın dost olaraq qalıblar.

O, 2015-ci ildə Uesleyan Universitetindən məzun olub, burada sosiologiya üzrə təhsil alıb.

Şəxsi həyatı Bini Feldşteyn kuirdir. O, 2019-cu ildə "How to Build a Girl" filmi üzərində işləyərkən ingilis film prodüseri Bonnie-Chance Roberts ilə tanış olub. Onlar yaxın münasibət qurdular və 2022-ci ilin iyununda nişanlandılar. Nəhayət, 19 may 2023-cü ildə evləndilər.

Filmoqrafiya Filmlər İl Ad Rol Qeydlər 2015 Fan Girl Anna 2016 Neighbors 2: Sorority Rising Nora Clerk 2017 The Female Brain Abby Parəbüzən Julianne "Julie" Steffans 2019 Çoxbilmiş Molly Davidson How to Build a Girl Johanna Morrigan 2021 The Humans Brigid 2024 Drive-Away Dolls Sukie TBA Merrily We Roll Along Mary Flynn

Televiziya İl Ad Rol Qeydlər 2002 My Wife and Kids Beanie Epizod: "Crouching Mother, Hidden Father" 2012 Madison High Marty Unsold television pilot 2015 Orange Is the New Black 2004 Party Girl Epizod: "Where My Dreidel At" The Devil You Know Lydia Harris Epizod: "Pilot" 2017 Will & Grace Stella Epizod: "Who's Your Daddy", uncredited 2019 What We Do in the Shadows Jenna 4 epizod 2020 Simpsonlar Support Group Therapist (voice) Epizod: "Frinkcoin" Grey's Anatomy Tess Desmond Epizod: "Snowblind" Saturday Night Seder Özü Television special Take Me to the World: A Sondheim 90th Celebration Herself / Performer Home Movie: The Princess Bride Princess Buttercup Epizod: "Chapter Eight: Ultimate Suffering" Make It Work! Özü Television special 2021 Impeachment: American Crime Story Monica Lewinsky Baş rol; həmçinin prodüser 2021–present Harriet the Spy Harriet M. Welsch (voice) Baş rol; 20 epizod; cizgi serial

Musiqi videoları İl Ad Sənətçi(lər) Rol 2018 "Girls Like You" Maroon 5 featuring Kardi B Özü 2019 "Woman" Karen O və Danger Mouse Rəqqas

Tamaşa İlAdRolMəkanQeydlər 2017 Hello, Dolly! Minnie Fay Shubert Theatre BroadwayApril 20, 2017 – January 14, 2018 2022 Funny Girl Fanny Brice August Wilson Theatre BroadwayMarch 26, 2022 – July 31, 2022

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ müzikl aktrisaları