Arazbarı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Səmədabad kənd inzibati ərazi dairəsində kənd. 6 may 1997-ci il tarixli 293-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Biləsuvar rayonunun faktiki mövcud olan Arazbarı kəndi dəqiqləşdirmə qaydasında Səmədabad kənd inzibati ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Toponimikası Toponim elmi ədəbiyyatda Araz (çay adı) və bar (farsca "sahil", "kənar") sözlərindən ibarət olub, "Araz çayının kənarı, yanı, sahili" mənasında izah olunur. Lakin qeyd etmək lazımdır ki, türk dillərində par/bar sözünün bir çox mənaları ilə yanaşı "açıq, geniş düzən", "hərəkət edən, axan" mənalarında işlənməsi hallarına da təsadüf edilir. Bu baxımdan Araspar və ya Arazbar oykoniminin mənası "Araz çayının axdığı geniş düzən" kimi izah oluna bilər.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19995322392932009↘344↘174↘170
İqtisadiyyatı
Mədəniyyəti Kənddə Arazbarı kənd kitabxana filialı və Arazbarı PTS fəaliyyət göstərir.
Təhsil Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Biləsuvar rayonunun kəndləri Kateqoriya:Səmədabad (Biləsuvar) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri