Gilan qızı — rejissor Leo Murun 1928-ci ildə ekranlaşdırdığı tammmetrajlı bədii film.
Məzmun Filmdə 1920-ci illərdə İranda gedən milli-azadlıq hərəkatından, qüvvəcə üstün olan şah və ingilis qoşunlarının güclü təzyiqi altında Gilanın faciəli süqutundan bəhs olunur.
Film haqqında Film Yuri Slyozkinin "Tunc Ay" romanının mövzusu əsasında çəkilmişdir.Ю. Слезкин. Бронзовая Луна. Изд. "Укрпролетарий", 1926.- стр. 169-189.
Film aktyor Lətif Səfərovun kinoda ilk işidir.
Azərbaycan kinematoqrafı tarixində ilk dəfə bu filmdə qısa montajdan istifadə edilir. Bu da filmə dinamika qatıb.
Film çəkildiyi günlərdə yazıçı Seyid Hüseynin "Gilan qızı" adlı bir hekayəsi çıxmış"Gilan qızı". Seyid Hüseyn. Seçilmiş əsərləri, Bakı: Azərnəşr, 1960.- səh. 62-73. və az vaxt ərzində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. "Tunc ay" romanı kimi, "Gilan qızı" hekayəsi də eyni mövzuya həsr edilmişdir. Çox güman ki, rejissor hekayənin adını münasib görmüş və öz filmini də "Gilan qızı" adlandırmışdır.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Leo Mur Ssenari müəllifi: Leo MurA.V.Bıxovski Əsərin müəllifi: Yuri Slyozkin Operator: İvan Frolov Rəssam: Aleksandr S.Qonçarski
Rollarda Sidqi Ruhulla — Hacı Zəkidər S.A.Makuxina — Səkinə Lətif Səfərov — Gülgül Georgi Parisaşvili — kiçik xan Ağarza Quliyev — Əli Əhsənullah — Əhsənullah A.İ.Bəzirganov — Hacı Mübarək Z.D.Tsıs — Rəqqasə Maro Qasım Zeynalov — Hacıbəy A.A.Qlinski — kababxana sahibi V.M.Korolyov — Həsən Mirseyfəddin Kirmanşahlı A.Aleksandrovski
İstinadlar
Mənbə Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. “Azərbaycanın kino tarixindən...” ["Kəndlilər", "İsmət", "Gilan qızı", "Fətəli xan" və "Səbuhi" filmləri haqqında] //Kino yenilikləri.- 1968, № 29-30. — səh. 7. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970. "Almaz", "İsmət", "Gilan qızı"... yenidən ekranda. //Kino yenilikləri.- 1970.- 21-30-dək. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20. Azərbaycanın ilk erotik filmi (VİDEO)
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1928-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Müharibə filmləri Kateqoriya:Səssiz filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:Şuşada çəkilən filmlər Kateqoriya:Azərbaycanfilm