Birinci Çağan — Azərbaycan Respublikasının Şamaxı rayonunun Dədəgünəş kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Dağətəyi ərazidədir. Əhalisi 184 nəfərdir (2009), 44 təsərrüfatı var. 1886 il əhalini siyahıyaalma sənədində Şamaxı qəz. Böyük Çağan (60 ailə, 489 nəfər) kənd adı qeydə alınmışdır.

Kənd Çağan mineral bulağının yaxınlığında məmmədsəlimli nəsli tərəfindən salındığı üçün əvvəllər Çağan Məmmədsəlimli adlanmışdır. Sonralar bu kənd yalnız bulağın adı ilə adlandı. Çağan türk–monqol dillərində “ağsu” deməkdir. Q.E.Markov Çağanın oğuzların bır hissəsi olduğunu qeyd edir. Ümumiyyətlə araşdırmalar nəticəsində belə fikirə gəlmək olar ki, müxtəlif variantlı “çağan”, “sağan”, “saqan” toponimləri eyni kökdən olub. Çağan həm də çöl zonasının dağlıq hissələrinə məxsus qarağan koluna bənzər bitki adıdır. Əvvəllər Çağan bitkisinin kötüyündən “ağ” yun ipi daha da ağartmaq üçün aşqar kimi istifadə edirdilər. Həmin bitkidə ağardıcı xassəsinin olması ilə çox güman ki, Çoğan adlandırılmışdır. Bu da Çağan sözünün mənasının monqolca “tsaqan” — ağ sözündən olmasını təsdiqləyir.

Əhalisi Kənd əhalisi 168 nəfərdir ki, onunda 83 nəfəri kişi, 85 nəfəri isə qadınlar təşkil edir.

İstinadlar

Mənbə Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 100 N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.82

Kateqoriya:Şamaxı rayonunun kəndləri