Kral Vilhelm müharibəsi () — 1689–1697-ci illərdə Şimali Amerikada Britaniya və Fransa arasında silahlı münaqişə, Doqquzillik müharibənin bir hissəsi. "Kral Vilhelm müharibəsi" adı ingilisdilli ədəbiyyatda o zaman İngiltərədə hökmranlıq edən Kral III Vilhelmin adının şərəfinə istifadə olunur.
Nəticəsi 1697-ci il Rikvik sülh müqaviləsi Şimali Amerika sərhədini "Status quo ante bellum" vəziyyətinə qaytarmışdır. Sülh uzun sürməmiş və 5 il ərzində Kraliça Anna müharibəsi başlamışdır.
İstinadlar
Kateqoriya:XVII əsrin müharibələri Kateqoriya:Birləşmiş Krallığın müharibələri Kateqoriya:Fransanın müharibələri Kateqoriya:Yeni Fransa Kateqoriya:ABŞ-nin müharibələri Kateqoriya:1690-cı illərdə Şimali Amerika