Talışnuru (digər tarixi adı Kiçik Avaxıl) — Azərbaycan Respublikasının Şamaxı rayonunun Talışnuru kənd inzibati ərazi dairəsində kənd. Kənd Nağaraxana bələdiyyəsinə aiddir.
Coğrafiyası Talışnuru kəndi Azərbaycan Respublikasının Dağlıq Şirvan iqtisadi rayonunun Şamaxı rayonunun Talışnuru kənd inzibati ərazi dairəsinin mərkəzidir.
Talışnuru kəndi Pirsaat çayının sol sahilində, Qızmeydanı platosunda yerləşir.
Tarixi 1886-cı il əhalinin siyahıyaalma sanədlərində Şamaxı qəzasının Qoşun sahəsində Talışnuru kəndi (27 ailə, 309 nəfər əhali) və Talış Məlik Ümud kəndi (74 ailə, 333 nəfər əhali) qeydə alınmışdır.
Yaşayış məntəqəsinin keçmiş adı Kiçik Avaxıl olmuşdu. Kəndin adı "Talış" və "Nuru" sözlərindən ibarətdir. Yaşayış məntəqəsi 19-cu əsrdə Cavad qəzasında yaşamış 63 tüstüdən ibarət talış tayfasına mənsub bir qrup ailənin yaylaq yerində məskunlaşması nəticəsində yaranmışdı. Nuru tayfa başçısının adı idi.
Əhali 2009-cu ilin siyahıyaalmasına əsasən, kəndin əhalisi 317 nəfərdən ibarət idi. Kəndin 77 təsərrüfatı var.
İstinadlar
Kateqoriya:Şamaxı rayonunun kəndləri