Aoqaşima () — Filippin dənizində yerləşən vulkanik ada.Gotoh, H. et al. (2010). "Infrastructure Maintenance and Disaster Prevention Measures on Isolated Islands: the Case of the Izu Islands near Tokyo" in Island Sustainability (Favro, S., editor), p. 187.Nussbaum, Louis-Frédéric. (2005). "Izu Shotō," Japan Encyclopedia, p. 412. İzu adalar qrupunun ən cənubunda yerləşən və ən çox təcrid olunmuş adasıdır.

Coğrafiyası Ada Tokiodan 350 km cənubda və Haçicocima adasından 64 km cənubda yerləşir. Adanın uzunluğu 3,5, eni isə 2,5 km-dir. Sahil xəttinin uzunluğu 9 km-dir. Adada eyni adlı vulkan yerləşir.

Aoqaşima Tokio prefekturasının Haçiço inzibati rayonunun bir hissəsidir. Adanın inzibati mərkəzi Aoqaşima kəndidir. Ada Fuji-Hakone-İzu Milli Təbiət Qoruğunun bir hissəsidir.

Tarixi Aoqaşimanın məskunlaşma tarixi dəqiq məlum deyil. Adanın əhalisinin əksəriyyətini yaponlar təşkil edir. 1652-ci və 1670-1680-ci illərdə vulkanik aktivliyin qeydə alındığı Edo dövrünün rəsmi qeydlərində Aoqaşimanın adı çəkilir. 1780-ci ilin iyulunda və 1871-ci ilin mayında baş verən zəlzələlər adadakı vulkanın püskürməsinə səbəb oldu. Həmçinin 1785-ci ildə baş verən kütləvi püskürmə zamanı adanın 327 sakinindən təxminən 130-140 nəfəri həlak olmuşdur.

İstinadlar

Həmçinin bax

Yaponiya adalarının siyahısı

Xarici keçidlər

Aoqaşima kəndinin rəsmi saytı Aoqaşima - Yaponiya Meteorologiya Agentliyi - Yaponiya Meteorologiya Agentliyi Aogashima - Geoloji tədqiqat

Kateqoriya:İzu adaları Kateqoriya:Vulkanik adalar Kateqoriya:Tokio adaları Kateqoriya:Aktiv vulkanlar