Aşıqbayramlı — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Aşıqbayramlı kənd inzibati ərazi dairəsində kənd. Dəvəbatan çayının sahilindədir. 11 iyun 2002-ci il tarixli 341-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə İsmayıllı rayonunun Aşıqbayramlı kəndi Kürdmaşı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aşıqbayramlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Tarixi Aşıqbayramlı kəndi XIX əsrin ortalarında Şamaxı qəzasında yaşamış, mənşəcə indiki Quba rayonundakı Haputlu kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Aşıq Bayram adlı bir şəxsə mənsub ailələr onun adı ilə aşıqbayramlı adlanmış, sonra bu ad kəndə verilmişdir.Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. I cild, səh. 83.
Əhali 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyası Şamaxı qəzasının Aşıqbayramlı kəndində 37 evdə 124 nəfəri kişilər, 106 nəfəri isə qadınlar olmaqla 230 nəfər sünni təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı.Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 32 Əhalisi 821 nəfərdir ki onunda 382 nəfəri kişi, 439 nəfəri qadındır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:İsmayıllı rayonunun kəndləri