thumb|Aİ və onun sələflərinin tarixi genişlənməsi.
Pax Europaea (Paks Yevropeya; ) — İkinci Dünya müharibəsindən sonra Avropanın yaşadığı nisbi sülh dövrü. Bu dövrdə Avropa dövlətləri arasında xüsusilə az sayda beynəlxalq münaqişələr və ya müharibələr olmuşdur. Bu sülh çox vaxt NATO-nun, Avropa İttifaqının (Aİ) və Aİ-nin sələfi institutlarının, o cümlədən Avropa İqtisadi Birliyinin yaradılması ilə əlaqələndirilirdi. Bu nisbi sülh dövrü Soyuq müharibənin başa çatmasından və Sovet İttifaqının dağılmasından sonra, Yuqoslaviya müharibələri, Şimali İrlandiya münaqişəsi, postsovet münaqişələri, o cümlədən 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu kimi əsas istisnalardan kənar geniş şəkildə qorunub saxlanılmışdır.
Avropa İttifaqı diplomatik vasitələrlə öz sərhədləri daxilində, eləcə də beynəlxalq səviyyədə sülhü qorumaq və fəal şəkildə təşviq etmək səylərinə görə 2012-ci ildə sülh üzrə "Nobel" mükafatına layiq görülmüşdür.
Həmçinin bax Avropa İttifaqının genişlənməsi Avropa İttifaqının gələcəkdə genişlənməsi Pax Americana Pax Britannica
İstinadlar
Kateqoriya:Müasir Avropa Kateqoriya:Avropa İttifaqının xarici siyasəti Kateqoriya:Latın dilində sözlər və ifadələr