Streyzand effekti () — müəyyən məlumatların ictimaiyyət üçün əlçatan olmasının qarşısını almaq cəhdinin (senzura)http://ro.uow.edu.au/lhapapers/1884/ The Streisand Effect and Censorship Backfire, International Journal of Communication 9 (2015): 656—671. onun daha da geniş miqyasda yayılmasına (adətən internet vasitəsilə) səbəb olması ilə ifadə olunan sosial fenomen. Məsələn, fotoşəklə, fayla, mətnə və ya nömrəyə girişi məhdudlaşdırmaq cəhdi (məsələn, qanuni üsullarla) bu məlumatın digər serverlərdə təkrarlanmasına, fayl paylaşma şəbəkələrində görünməsinə və ya digər təkrarlanmasına səbəb olur.

Mənşəyi thumb|Kaliforniya Sahil Hesabatları Layihəsinin Streyzandın evini təsvir edən 3850 nömrəli fotoşəkili.

"Streyzand effekti" termini 2003-cü ildə ABŞ aktrisası və müğənnisi Barbra Streyzand ilə fotoqraf Kennet Adelman arasında baş verən hadisədən sonra populyarlıq qazanmışdır. Streyzand, onun evinin şəkli Kaliforniya sahillərini təsvir edən 12,200-dən çox digər fotoşəkil ilə birlikdə internetdə yerləşdirildiyi üçün Adelman və "Pictopia.com" saytından 50 milyon ABŞ dolları təzminat alması üçün məhkəməyə müraciət etmişdir.California Coastal Records Project — Image 3850 — «Streisand Estate, Malibu» — оригинальная фотография на сайте проекта California Coastal Records.Since When Is It Illegal to Just Mention a Trademark Online? , techdirt.com. Adelman evin fotoşəklini sahil eroziyasının hökumət tərəfindən sifarişli tədqiqatı olan Kaliforniya Sahil Hesabatları Layihəsinin bir hissəsi olaraq sahildə yerləşən digər evlərlə birlikdə çəkdiyini iddia etmişdir.http://www.californiacoastline.org/streisand/lawsuit.html Информация об иске на сайте California Coastal Records Project. Включает чек с требованием к Аделману оплатить судебных расходов.

Streyzandın vəkilləri iddia qaldırmazdan əvvəl 3850 nömrəli (Streyzandın evini təsvir edən) fotoşəkil layihənin saytından cəmi 6 dəfə endirilmişdi ki, bunlardan ikisini vəkillərin özləri etmişdir.Tentative ruling , SC077257, 3 Dec 2003, page 6: «Image was download six times, twice to the Internet address of counsel for plaintiff». 10 may 2004-cü ildə məhkəmə Streyzandın iddialarını rədd etdi və Streyzanddan Adelmanın 154,000 ABŞ dolları məbləğində məhkəmə xərclərini ödəməsini tələb etmişdir.EXAMPLES OF FRIVOLOUS LAWSUITS / United States House Committee on the Judiciary, September 13, 2004.

Daha sonra jurnalist Pol Rocers iddia ilə bağlı məlumatların yayılması nəticəsində Streyzandın evinin fotoşəklinin internetdə çox populyarlaşdığını qeyd etmişdir. Xüsusilə, iddianın məhkəməyə verilməsindən bir ay sonra görüntüyə 420,000-dən çox insan baxmışdır.

Adelman iddia ilə bağlı məlumatın onun internet saytına milyondan çox ziyarətçi gətirdiyini və fotoşəkildən "Associated Press" xəbər agentliyi tərəfindən onun foto arxivində istifadə edildiyini, bunun da öz növbəsində dünyanın bir çox qəzetləri tərəfindən onun yenidən nəşrinə səbəb olduğunu söyləmişdir.

Termin özü ilk dəfə 2005-ci ilin əvvəlində "Techdirt.com" bloqunu yaradan və idarə edən Mayk Masnik adlı bloger tərəfindən istifadə edilmişdir.For 10 Years Everyone’s Been Using 'The Streisand Effect' Without Paying; Now I’m Going To Start Issuing Takedowns // TechdirtStreisand Effect // Know Your Meme

Həmçinin bax

Kobra effekti

İstinadlar

Xarici keçidlər

Эффект Стрейзанд. Parkinson, Justin. BBC News, 31 июля 2014 Kateqoriya:2003-cü ildə ABŞ-də yarananlar Kateqoriya:İnternet mədəniyyəti Kateqoriya:İnternet senzurası Kateqoriya:Cəmiyyət Kateqoriya:Mediaşünaslıq Kateqoriya:Eponimlər Kateqoriya:İnternet slenqi Kateqoriya:Malibu