İkimizin yerinə — Sərənay Sarıqaya və Nəjay İşlərin baş rolda oynadıqları 2016-cı il istehsalı türk dram filmi. Filmin rejissoru Umur Turaqay, ssenaristi Pınar Buluddur. Film Sərənay Sarıqayanın baş rolda çıxış etdiyi ilk filmidir. 21 oktyabr 2016-cı ildə ilk dəfə göstərimə girən film 3 gündə 330 min baxış əldə etmişdir.

Filmin çəkilişləri Bursada olmuşdur. Filmin Almaniya premyerası Berlindəki "Cineplex Alhambra" sinemasında, Azərbaycanda isə Bakıda baş tutmuşdur.

Mövzusu Balaca bir qəsəbədə yaşayan Çiçək özünü anasının təlqin etdiyi həyatda sıxışıb qalmış kimi hiss edəndə qəsəbəyə yenicə gələn ədəbiyyat müəllimi Doğana aşiq olur. Doğan bu yasaq sevgiyə nə qədər dirənsə də, Çiçəkdən uzaq dura bilmir. Halbuki bu sevgi təkcə onların deyil, həm də bir ailənin taleyini dəyişdirəcək.

Aktyorlar və rollar Sərənay Sarıqaya — Çiçək Nejat İşlər — Doğan Zərrin Təkindor — Ülkü İştar Gökseven — Murad Merve Çağıran — Sevil Aslı Bəkiroğlu — Ceylan Özgür Əmrə Yıldırm — Qüdrət Bəxtiyar Ərgün — Canər Əngin Bal — Polis Ayşegül Cengiz Akman Sezin Bozacı Uğur Uzunəl Taner Bahadır

İstinadlar

Kateqoriya:Türkiyədə çəkilən filmlər Kateqoriya:Türkiyə filmləri Kateqoriya:2016-cı ilin dram filmləri Kateqoriya:2010-cu illərin romantik-dram filmləri Kateqoriya:2016-cı ilin Türkiyə filmləri Kateqoriya:TAFF Pictures filmləri Kateqoriya:Türkiyə haqqında filmlər