Diyap İldırım (), həmçinin Diyağ Ağa və ya Dərsimli Diyap Ağa (; ) — Türkiyə siyasətçisi və tayfa lideri, 1-ci Türkiyə Böyük Millət Məclisinin Tuncelidən deputatı.
Həyatı Diyap Yıldırım 1846-cı ildə Tuncelinin Çemişgəzək rayonunda Hozatlı Seyitxan Ağa və Əlif Xanımın oğlu olaraq anadan olmuşdur. Ovacıq–Hozat tayfalarından olan Fərhaduşağı tayfasına mənsubdur.Diyap Ağa Kimdir,Gürsel Erol Röportajı O, kürdəsilli və ya zazaəsillidir. Ələvi olmuşdur.
Diyap Ağa Birinci Dünya müharibəsində Həmidiyyə milisində milis komandiri olmuşdur. Bitlis və Siirtin Rusiya işğalından azad edilməsi üçün tayfası ilə döyüşə qatılmış və bu müharibələrdə milislərə komandanlıq etmişdir. Bu müddət ərzində ordu komandiri Mustafa Kamal Atatürklə yaxın dostluq əlaqələri qurmuşdur.
1854-cü ildə Qoçgiri bölgəsi qəzaya çevrilərkən qəza və nahiyə müdirlikləri Qoçgiri tayfasına mənsub olanlardan alınaraq Çemişgəzəkdən olan Fərhaduşağı tayfasının başçısı Diyap Ağa Zara qəza müdirliyinə təyin edilmişdir.Akademik Tarih Ve Düşünce Dergisi,Millî Mücadele Yıllarında Koçgiri Aşireti Reisi Alişan Bey’in Faaliyetleri,Bayram AynaOvacıqlı Şamuşaklı Əli Ağa Zara qəzasında yerləşən Abaş və Çat bucaqlarına başçı təyin edilmişdir. 1920-ci ildə Qoçgiri üsyanına qarşı çıxmışdır. Mustafa Kamal Atatürk Diyap Ağa və Dərsimli Minbaşı Həsən Xeyrinin Birinci Dünya müharibəsində və İstiqlaliyyət müharibəsində göstərdikləri mübarizəni yüksək qiymətləndirmiş, Diyap Ağaya millət vəkili olmağı tövsiyə etmişdir. Hozatlı Mustafa Öztürk, Diyap Ağa, Dərsimli Minbaşı Həsən Xeyri bəy və Əhməd Ramiz Tan bu təklifi qəbul etmişdir. Diyap Ağanı məclisə Dərsimli Minbaşı Həsən Xeyri bəy gətirmişdir.Enver Behnan,İlk Meclisin Yüz Yaşındaki Mebusu,Yeni Gün Gazetesi,1931
Dərsimli Minbaşı Həsən Xeyri bəy ilə birlikdə Ərzurum konqresində iştirak etmiş və Ərzurum Konqresində Tuncelini təmsil etmişdir. O dövrün Qoçgiri və Şeyx Səid üsyanına qarşı çıxmışdır. Şeyx Səidi bəla kimi təsvir etmişdir. Yunanıstanın işğalı zamanı parlamentin Kayseriyə köçürülməsi ideyasına qarşı çıxmışdır.
İstinadlar
Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Türkiyə uzunömürlüləri Kateqoriya:Türkiyə kürdləri Kateqoriya:Zazalar Kateqoriya:Kürd siyasətçilər Kateqoriya:Ələvilər sülaləsi