Ulf Svante von Euler (; ) — İsveç fizioloqu və farmakoloqu, 1970-ci ildə "sinir uclarında humoral ötürücülər və onların saxlanması, buraxılması və inaktivasiyası mexanizmləri ilə bağlı kəşflərinə görə fiziologiya və ya tibb üzrə Nobel mükafatına layiq görülmüşdür. Eyler prostaqlandin və noradrenalini kəşf etmişdir.
1965-1975-ci illərdə - Nobel Fondunun sədri, 1965-1971-ci illərdə - vitse-prezidenti olmuşdur. İsveç Krallığı və Danimarka Elmlər Akademiyasının, Leopoldina və Amerika Fəlsəfə Cəmiyyətinin üzvü, London Kral Cəmiyyətinin xarici üzvü (1973). Edinburq və Madrid Universitetlərinin fəxri doktoru olmuşdur.
Ulf fon Eyler İsveç Kral Elmlər Akademiyasının üzvü, SSRİ Elmlər Akademiyasının xarici üzvü Hans fon Eyler-Helpinin oğlu idi. O, həm də böyük riyaziyyatçı Leonard Eylerin nəslindəndir.
İstinadlar
Kateqoriya:Amerika Fəlsəfə Cəmiyyətinin üzvləri Kateqoriya:Leopoldin Alman Milli Elmlər Akademiyasının üzvləri Kateqoriya:İsveç Kral Elmlər Akademiyasının üzvləri Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:İsveçli Nobel mükafatı laureatları Kateqoriya:Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Kateqoriya:Əlifba sırasına görə Nobel mükafatı laureatları Kateqoriya:Stokholmda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:1983-cü ildə vəfat edənlər Kateqoriya:9 martda vəfat edənlər Kateqoriya:Stokholmda doğulanlar Kateqoriya:1905-ci ildə doğulanlar Kateqoriya:7 fevralda doğulanlar Kateqoriya:XX əsr bioloqları