Müdrisə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Müdri kənd inzibati ərazi dairəsində kənd. Müdrisə kəndi Azərbaycanın İsmayıllı rayonunda yerləşən qədim yaşayış məntəqələrindən biridir. Kənd Cülyan-Müdri bələdiyyəsinə daxildir. Ətrafı dağlar, meşələr və məhsuldar torpaqlarla əhatə olunduğuna görə kənd əhalisi əsasən əkinçilik, maldarlıq və bağçılıqla məşğul olur. Kənd öz sakit təbiəti, təmiz havası və qonaqpərvər insanları ilə tanınır. Tarixi baxımdan Müdrisə əsrlər boyu bölgənin dağ kəndlərindən biri olub. Kənd sakinləri əsasən əkinçilik, maldarlıq, arıçılıq və meyvəçiliklə məşğul olublar. Xüsusilə qoz, fındıq, alma, armud və digər meyvə bağları kənd təsərrüfatında mühüm yer tutur.
Müdrisə kəndinin əhalisi uzun illər öz adət-ənənələrini, ailə dəyərlərini və qonaqpərvərlik mədəniyyətini qoruyub saxlayıb. Toy, Novruz və digər milli mərasimlər burada qədim qaydalarla qeyd olunur. Kənddə böyüklərə hörmət, qonşuluq münasibətləri və birlik hissi bu gün də yaşayır.
Kəndin ətrafı yaylaqlarla və meşələrlə əhatə olunduğundan yaz və yay aylarında təbiəti xüsusilə gözəl olur. Müxtəlif bulaqların sərin suyu, dağ havası və yaşıl mənzərələr kəndə gələn qonaqlarda xoş təəssürat yaradır.
Müdrisə kəndinin tarixində buradan digər yaşayış məntəqələrinə köçlər də olmuşdur. Məsələn, Təzəkənd kəndinin əhalisinin bir hissəsi XX əsrin əvvəllərində Müdrisə və Müdrü kəndlərindən köçərək həmin kəndi salmışdır. Bu da Müdrisənin bölgənin qədim yaşayış məskənlərindən biri olduğunu göstərir.
Bu gün Müdrisədən çıxmış çoxlu müəllimlər, həkimlər, mühəndislər, dövlət qulluqçuları və digər peşə sahibləri Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərirlər. Kənd öz tarixi, zəhmətkeş insanları və təbii gözəlliyi ilə İsmayıllının dəyərli yaşayış məntəqələrindən hesab olunur. Əhalisi təxminən 1000 nəfərdir. Kənd sakinləri əsasən əkinçilik, maldarlıq, arıçılıq və meyvəçiliklə məşğul olurlar.
Coğrafiyası və iqlimi Kənd Lahıc turizm zonasında, Müdürsə çayının sağ sahilində yerləşir. Kəndin əhalisi 138 nəfərdir ki onunda 59 nəfəri kişi, 79 nəfəri qadındır. Kənd əhalisinin etnik tərkibini tatlar təşkil edir. Əhali maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 7 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdürsə çayı boyunca 6 km yolu atla və ya piyada getmək olar. Turizm və yay istirahəti üçün əlverişlidir. Elecədə unikal coğrafi mövqeyi, buz kimi şirin su ehtiyatı, kurort turizm relyefli sıx meşələri regiondakı digər yaşayış məntəqələrindən xüsusilə fərqlənir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:İsmayıllı rayonunun kəndləri