MEGA () – məlumatları qorumaq üçün şifrələmə alqoritmlərindən istifadə edən bulud hostinq servizidir. MEGA əvvəllər Megaupload-ı quran Yeni Zelandiyalı sahibkar Kim Dotcom tərəfindən təsis edilib. Kim Megaupload müəllif hüquqlarının pozulması ittihamı ilə ABŞ səlahiyyətliləri tərəfindən bağlandıqdan sonra yeni platformanı yaradıb.AES alqoritmindən istifadə edərək brauzerdəki bütün məzmunu şifrələyir. MEGA interfeysində istifadəçilər faylları yükləyə və saxlaya, qovluqlar yarada, sənədlərə və media fayllarına baxa bilərlər. İstifadəçilər yüklənmiş faylları siyahı və ya nişanlar kimi görə bilər və həmçinin tələb olunan faylı tapmaq üçün axtarışdan istifadə edə bilərlər. Pulsuz hesablar üçün 20 GB-a qədər, qeydiyyatdan sonrakı ilk ay ərzində 50 GB-a qədər, ödənişli bulud yaddaş is – 400 GB-dan 16 TB-a qədərdir. Ödənişli xidmətlər üçün ödəniş PayPal, VISA, MasterCard və ya Bitcoin kriptovalyutasından istifadə edən resellerlər vasitəsilə həyata keçirilir. Pulsuz istifadəçilər üçün bir IP ünvanı üçün məlumat ötürmə limiti var: hər 6 saatdan bir 4 GB-a qədər. MEGA bulud yaddaşı təklif etməklə yanaşı, MEGAmail adlı e-poçt xidməti də təklif edir İstifadəçinin faylları bərpa imkanı olmadan istənilən vaxt administrasiya tərəfindən silinə bilər. Baş ofis Yeni Zellandiyada yerləşir.
Tarixi MEGA fayl hostinq servizi Megaupload 19 yanvar 2012-ci ildə Birləşmiş Ştatların Ədliyyə Departamenti tərəfindən ələ keçirildib, bağlandıqdan sonra yaradılmışdır. 4 iyul 2013-cü ildə MEGA Android proqramını Google Play -də yayımlayıb. 2016-cı ilin yanvarında MEGA xidmətin 12 milyard fayl yüklənmiş 35 milyon qeydiyyatdan keçmiş istifadəçisi olduğunu elan etdi. 2020-ci ildə Mega, 195 milyon istifadəçidən ibarət istifadəçi bazasına malik olduğunu bildirib. Daha sonra 2021-ci ildə MEGA şəffaflıq hesabatını paylaşdı, burada 107 milyard fayl saxlayaraq 230 milyon qeydiyyatdan keçmiş istifadəçisi olduğunu yayımlayıb.
Həmçinin bax Bulud texnologiyaları Google Drive OneDrive Amazon Web Services Google Cloud Platform İstinadlar
Xarici keçidlər
Kateqoriya:Texnologiya Kateqoriya:Bulud texnologiyaları Kateqoriya:2013-cü ildə yaranan saytlar