right|thumb|250x250px| Transmissiya elektron mikroskopundan çəkilmiş HİV virionlarının mikroqrafiyası. right|thumb|250x250px| Bu, yoluxmuş T-limfositi göstərir. Səthində yaşıl rənglə işarələnmiş çoxsaylı yuvarlaq çıxıntılar HİV-1 virionlarının yığılma və qönçələnmə yerləridir. İİV dissidentlik (, bu hərəkatın tərəfdarları HİV inkarçıları kimi də tanınırlar ) insanın immunçatışmazlığı virusunun yoluxucu agenti olduğuna dair ümumi qəbul edilmiş sübutları inkar edir.
Hərəkət iştirakçılarının fikirləri müxtəlifdir. Onların bəziləri HİV-in və müvafiq olaraq QİÇS-in mövcudluğu faktını inkar edirlər. Digərləri HİV-in mövcudluğunu etiraf edir, lakin onun QİÇS ilə əlaqəsini inkar edərək, sonuncunu digər amillərin nəticəsi elan edirlər. Onların arasında HİV infeksiyası üçün nəzərdə tutulmuş terapiyanın QİÇS-in səbəbi olması ilə bağlı fikir də geniş yayılmışdır.
Tarixi QİÇS ilk dəfə 1981-ci ildə qeydə alınmış və o zaman "dörd H xəstəliyi" adlandırılmışdı. Haiti sakinlərində və ya ziyarətçilərində, hemofiliyalılarda, heroin istifadəçilərində və homoseksuallarda aşkarlandığı üçün xəstəliyə həmin ad verilmişdi. Lakin getdikcə xəstəliyin yalnız bu kateqoriyalı insanlar üçün endemik olmadığı aydın olduqdan sonra 1982-ci ilin iyulunda keçirilən konfransda QİÇS abbreviaturası təqdim edilmişdir. Bir müddət sonra xəstəliyə səbəb olan virus aşkar edildi və 1980-ci illərin sonunda QİÇS-in nədən qaynaqlandığına dair elmi sual demək olar ki, öz həllini tapdı.
1981-ci ildə homoseksual kişilərdə pnevmosist pnevmoniya və Kapoşi sarkomasının qeyri-adi halları haqqında iki məqalə dərc edilmişdir.Centers for Disease Control. Kaposi’s sarcoma and Pneumocystis pneumonia among homosexual men--New York City and California. Morbidity and Mortality Weekly Report, 1981, v. 30, p. 305.Centers for Disease Control. Pneumocystis Pneumonia--Los Angeles. Morbidity and Mortality Weekly Report, 1981, v. 30, p. 250. Sonra yeni xəstəliyi ifadə etmək üçün geylərdə immun çatışmazlığı (GRIDS - ) adlandı. Lakin dissidentlər homoseksuallarda bu xəstəlikləri yeni bir virus ila bağlı olmadığı və o zaman geylər arasında geniş yayılmış popperslərin əks təsirlərinin olduğu qənaətindədirlər. 1982-ci ilin iyulunda başqa bir populyasiyada xəstəlik müəyyən edildikdən sonra bu termin QİÇS - qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) olaraq dəyişdirildi. Həmin ilin sentyabr ayında Haitili ziyarətçilərdə, homoseksual kişilərdə, inyeksiya narkotik istifadəçilərində və hemofiliyalı A və B xəstələrində diaqnoz qoyulmuş bir sıra infeksiyalara əsaslanaraq, QİÇS ilk dəfə tam olaraq xəstəlik kimi müəyyən edilmişdir.Centers for Disease Control. Current trends update on acquired immune deficiency syndrome (AIDS) --United States. Morbidity and Mortality Weekly Report, 1982, v. 31, p. 507.Gottlieb et al. Pneumocystis carinii pneumonia and mucosal candidiasis in previously healthy homosexual men: evidence of a new acquired cellular immunodeficiency; N. Engl. J. Med. 1981, 305 1425—1431Durack D. T. Opportunistic infections and Kaposi’s sarcoma in homosexual men; N. Engl. J. Med.1981, 305 1465—1467Goedert et al. Amyl nitrite may alter T lymphocytes in homosexual men; Lancet 1982, 1 412—416Jaffe et al. National case-control study of Kaposi’s sarcoma and Pneumocystis carinii pneumonia in homosexual men: Part 1, Epidemiologic results; Ann. Int. Med. 1983, 99 145—151Mathur-Wagh et al. Longitudinal study of persistent generalized lymphadenopathy in homosexual men: Relation to acquired immunodeficiency syndrome; Lancet 1984, 1, 1033—1038Newell et al. Toxicity, immunosupprressive effects, and carcinogenic potential of volatile nitrites: possible relationship to Kaposi’s sarcoma; Pharmacotherapy, 1984, 4, 284—291 Eyni zamanda, QİÇS-in mümkün yoluxucu təbiəti haqqında hipotez üzərində iş aparılmışdır. Yeni retrovirusun ilk dəfə xəstə toxumasından təcrid olunduğu tədqiqatların nəticələri 20 may 1983-cü ildə Science jurnalında dərc edilmişdir. Bu məqalələrdə HTLV viruslar qrupuna aid olan yeni virusun kəşfi barədə məlumat verilirdi.Вирусы T-клеточной лейкемии человека. Tədqiqatçılar təcrid etdikləri virusun QİÇS-ə səbəb ola biləcəyini irəli sürdülər.
23 aprel 1984-cü ildə Vaşinqtonda mətbuat konfransında Marqaret Hekler ( ), jurnalında araşdırma nəticələrinin yayımlanmasından 2 həftə əvvəl Robert Qallo və əməkdaşlarının QİÇS-in mümkün səbəbini tapdıqlarını açıqladı. HİV dissidentlərin fikrincə məhz bu vaxtından əvvəl virusun kəşfi ilə bağlı mesaja görə İİV və QİÇS arasında səbəb-nəticə əlaqəsi geniş ictimaiyyət və elmi ictimaiyyət tərəfindən əsassız olaraq aksioma kimi qəbul edilib, siyasi səbəblərdən və yaxud elm adamlarının şəxsi mənfəətləri üçün və ya əczaçılıq şirkətləri üçün bu qənaətə gəldikləri fikrini irəli sürürlər.
1984-cü ilin yayında psixiatr Kasper Şmidt ( ) öz məqaləsində QİÇS və yeni virus arasındakı əlaqəyə dair ilk tənqidi münasibətini qeyd etdi. Şmidt, QİÇS-in psixososial mənşəli olduğunu və onun yoluxucu təbiəti haqqında fərziyyənin öyrənilməmiş xəstəliklər üçün virus axtarmağa meylli olan alimlərin stereotipik düşüncəsi tərəfindən yaradıldığı fikrində idi. Schmidt C. The group-fantasy origins of AIDS. J Psychohist. 1984, v. 12, p. 37-78. Lakin onun ölümünü 1994-cü ildə QİÇS-lə əlaqələndirdilər.
1987-ci ildə Xərçəng Tədqiqatları elmi jurnalında Retroviruses as carcinogens and pathogens: expectations and reality. Cancer Res 47, 1199—220 PMID 3028606, 1988-ci ildə isə resenziyasız Tibbi Hipotezlər Is the Oxidation Induced by the Risk Factors the Primary Cause? Medical Hypotheses (1988) 25: 151—162 jurnalında məqalələr dərc edildi. Bu yazılarda dissidentlər hərəkatının üzvləri HİV QİÇS-ə səbəb olur ifadəsinin sübuta yetirilmədiyini bildirirlər.
1993-cü il məqaləsində isə HİV virusunun ayrılması və onun yoxlanılması üsulları tənqid olunurdu.Has Gallo proven the role of HIV in AIDS ? Emergency Medicine (1993) 5: 5-147 Bu məqalədə Eleni Papadopulos-Eleopulos virusun ayrılmasının aydın olmadığını müdafiə etdi. Onun fikrincə, bu, virusların, xüsusən də retrovirusların təcrid olunmasının çətinliyi ilə əlaqədardır, çünki retrovirusun virionunun (yeni hüceyrəni yoluxdura bilən sərbəst virus hissəciyi) qanda konsentrasiyası çox kiçik ola bilər və retrovirus həyat dövrünün çox hissəsini provirus şəklində keçirir ( host hüceyrənin DNT-sinə daxil edilmiş virusun DNT-si).
HİV dissidentlər öz fikirləri ilə səhiyyədə, eləcə də cəmiyyətdə ciddi şəkildə qəbul edilməsələr də onların arasında kifayət qədər elmi işlərinə, ixtiralarına görə tanınmış, eləcə də Nobel mükafatı namizədləri və həmin mükafatı qazanmış alimlər, professorlar da var. Elm sahəsində əldə etdikləri uğurlar əlbəttə ki , HİV dissident olduqlarına görə deyil, digər mövzularda apardıqları tədqiqatların nəticələri olmuşdur. Bunlardan ən məşhurları professor, mikrobioloq alim Peter Duesberg, PCR üsulunun ixtiraçısı və bununla da biokimya sahəsində inqlab etmiş Keri Mullis, 1994-cü ildə böyük tibbi yalana ( onun düşüncəsinə görə ) son qoymaq üçün HİV pozitiv olan bir insanın qanını inyeksiya şəklində geniş ictimaiyyət və kameralar qarşısında öz əlinə batıran Robert Uillner və digərlərinin adlarını qeyd etmək olar.
1999-2008-ci illərdə Cənubi Afrika Respublikasının Prezidenti Tabo Mbeki Səhiyyə Naziri Manto Şabalala-Msimanqın təşəbbüsü ilə QİÇS-in viral təbiətini fəal inkar edirdi. Ölkədə QİÇS epidemiyasının tüğyan etməsinə baxmayaraq, o, beynəlxalq tibb təşkilatlarının fəaliyyətinə qarşı çıxdı və tibbi müdaxilə tərəfdarlarını işdən çıxardı.
QİÇS dissident saytlarında müasir nəşrlər 1980-ci illərin sonu - 90-cı illərin əvvəllərinə aid materiallara istinad edir; yeni tədqiqatlar nəzərə çarpmır.
Hazırki vəziyyət 2006-cı ilin mart ayında “ Harper's Magazine ” ədəbi-publisistik jurnalında "Nəzarətdən kənar: Tibb Elmində QİÇS və Korrupsiya" Farber C. Out of control: AIDS and the corruption of medical science. Harper’s Magazine March 2006: 37-52 məqaləsi dərc olundu və bu, Amerika tibb ictimaiyyətində böyük rezonansa səbəb oldu. Cavab olaraq, bir çox elm adamları, o cümlədən HİV-i kəşf edənlərdən biri R. Gallo, məlumatların manipulyasiyasına və jurnalist tərəfindən edilən faktiki səhvlərə işarə edərək, "HİV QİÇS-in səbəbidir" nəzəriyyəsini müdafiə etdi.
Aleksandr Qordon " Qordon Kixot "proqramının 23 aprel 2010-cu il tarixli buraxılışını bu mövzuya həsr etmişdir. Bu efirdən sonra Rusiyada HİV dissidentlərinin sayı kəskin artdı. Bu televiziya buraxılışı QİÇS dissidentliyin təbliğinə yönəlmişdi.
Hərəkət iştirakçılarının əsas tezisləri HİV/QİÇS-i inkar hərəkatının üzvləri iddia edirlər ki:
HİV aydın və mübahisəsiz şəkildə müəyyən edilməmişdir. Virusun təmiz formada elektron fotoşəkili yoxdur. QİÇS xəstələrinin qanından ayrılmış hissələr isə bütün zülallar toplusudur, lakin onların hamısının yalnız eyni HİV virusuna aid olduğuna dair heç bir sübut yoxdur. HİV- ə qarşı anticisimlər üçün müsbət testlər ( ELISA, immunoblot ) və kəmiyyət testləri ( PCR ) HİV-in mövcudluğunun və ya QİÇS- in məcburi inkişafının nə keyfiyyət, nə də kəmiyyət göstəriciləri deyil. Onlar müxtəlif xəstəliklər səbəbindən əmələ gələn antikorların mövcudluğunu göstərir.
P. Duesberg-in şəxsən və ya Almaniyadan olan praktik həkim Klaus Koehnlein ilə birgə yazdığı məqalələrdə, həmçinin V. F. Ternerin məqalələrində aşağıdakı tezislər verilir:
HİV zərərsiz retrovirusdur, çox vaxt QİÇS olan insanlarda rast gəlinir. HİV- in QİÇS- ə səbəb olması faktı sübuta yetirilməmişdir (K. Mullis də bu fikirdədir Kary Mullis und Christine Maggiore, What If Everything You Thought You Knew about AIDS Was Wrong?,American Foundation for AIDS Alternative, ISBN 0-9674153-2-2, 2006 ) HİV QİÇS-ə səbəb olmur; QİÇS qeyri-infeksion xəstəlikdir (QİÇS-in infeksiya nəticəsində yarandığını iddia etmək üçün 10 il çox uzun müddətdir); müxtəlif infeksiyaların və əlverişsiz amillərin olması QİÇS-ə səbəb olur (qıdalanma, narkotik istifadəsi, anal seks, diaqnozdan stres və s.). QİÇS çox zaman müalicə olunan bir xəstəlikdir . QİÇS çoxlu səbəbləri, müalicəsinə müxtəlif yanaşmaları olan və bir səbəbə görə azalmayan mürəkkəb bir vəziyyətdir.
QİÇS əleyhinə dərmanlar, məsələn, azidotimidin, xərçəngin müalicəsində istifadə edilən kimya terapiyası kimi çox zaman immun sisteminə zərər verir və HİV-ə aid edilən xəstəliklərə səbəb olur.
İstinadlar Kateqoriya:Konspirasiya nəzəriyyələri Kateqoriya:İİV/QİÇS tarixi Kateqoriya:QİÇS Kateqoriya:Tibbdə akademik olmayan tədqiqat sahələri