Samsung Pay-(SΛMSUNG Pay kimi stilizə edilib) dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Cənubi Koreyanın Samsung Electronics şirkəti tərəfindən idarə olunan mobil ödəniş və rəqəmsal pul kisəsi xidmətidir.Xidmət ilk dəfə Cənubi Koreyada 20 avqust 2015-ci ildə istifadəyə verilib. Bu xidmət, istifadəçilərə smartfonları və smart saatları vasitəsilə alış-veriş etmək, ödəniş etmək, bank kartları və loyallıq kartları ilə əlaqə qurmaq və bir çox əməliyyatıları aparmağa imkan verir. Samsung Pay, Samsung-un 2015-ci ilin fevralında təxminən 300 milyon dollara aldığı startap şirkəti LoopPay-in əqli mülkiyyətindən hazırlanmışdır ki, bu da şirkətin ən böyük alışlarından biridir.. Həmçinin baxın Google Wallet Alipay Apple Pay
İstinad Kateqoriya:MikroödənişlərKateqoriya:Pul vahidləriKateqoriya:Ödəniş sistemləri Kateqoriya:MaliyyəKateqoriya:Maliyyə texnologiyasıKateqoriya:Maliyyə xidmətləri Kateqoriya:Android proqramları Kateqoriya:2015-ci ildə yaranan saytlar Kateqoriya:Mobil telekommunikasiya