2024 — Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili".

2024-cü ildə Azərbaycanda iqtisadi artım 4,1% olub. Ümumi daxili məhsul (ÜDM) 126,3 milyard manat təşkil edərək, əvvəlki illə müqayisədə 4,1% artıb. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3%, qeyri-neft-qaz sektorunda isə 6,2% artıb.

ÜDM istehsalının sektoral bölgüsü belədir: sənaye 35,9%, ticarət və nəqliyyat vasitələrinin təmiri 10,7%, nəqliyyat və anbar təsərrüfatı 7,0%, tikinti 6,7%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 5,7%, turistlərin yerləşdirilməsi və ictimai iaşə 2,4%, informasiya və rabitə 1,9%, digər sahələr isə 19,9% paya sahib olub. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,8%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 12 382,5 manata bərabər olub.

Valyuta ehtiyatları 72 milyard dollardan çox, daxili dövlət borcu 17.6% artaraq 18 milayrd 659,7 milyon manat, xarici borcu isə 20.1% (və ya 1 milyard 301.2 milyon ABŞ dolları) azalaraq 5 milyard 160 milyon dollar (və ya 2024-cü il üzrə ÜDM-in 6,9 faizi) təşkil etmişdir. Ümumilikdə, Azərbaycanın dövlət borcu 27 milyard 431,1 manat olub ki, bu da əvvəlki illə müqayisədə 2.2% və ya 580.7 milyon manat çoxdur.

2024-cü ildə dövlət büdcəsinin gəlirləri 36388,0 milyon manat proqnoza qarşı 37164,2 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 776,2 milyon manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 5,5 faiz və ya 1927,8 milyon manat çoxdur. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri proqnoza nisbətən 3,3 faiz çox icra edilməklə 24383,2 milyon manat təşkil edib. 2024-cü ildə dövlət büdcəsinin xərcləri isə 6,5% artaraq 37 milyard 719,7 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 2 milyard 22,6 milyon manat (5,1 faiz) az icra edilib. Hesabat ilində icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 94,9 faizini təşkil edib. Dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 4855,8 milyon manat vəsaitin 99,4 faizi və ya 4828,5 milyon manatı sifarişçi təşkilatlar tərəfindən istifadə olunub. Dövlət büdcəsinin kəsiri isə 555,5 milyon manat təşkil edib, 2023-cü ildə bu rəqəm 883,7 milyon manat idi.

2024-cü ildə də Azərbaycanın valyuta bazarında sabitlik müşahidə olundu və manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişmədi. AMB-nin valyuta ehtiyatları təxminən 5% azaldığı halda, ARDNF-in aktivləri 10% artaraq 62 milyard ABŞ dollarını keçdi. Fond 30 tona yaxın qızıl alaraq bu qiymətli metala qoyduğu investisiyaların məbləğinə görə, dünyada ilk 5-likdə qərarlaşdı.

Azərbaycanın maliyyə sabitliyini qorumaq və iqtisadi inkişafı dəstəkləmək məqsədi ilə ilin gedişində faiz dəhlizinin parametrləri 8 dəfə dəyişdirilərək uçot dərəcəsi 8%-dən 7,25%-ə, faiz dəhlizinin yuxarı həddi 9%-dən 8,25%-ə, aşağı həddi isə 6,5%-dən 6,25%-ə endirildi.

Azərbaycan Mərkəzi Bankı Dünya Bankının dəstəyi ilə “Yaşıl Taksonomiya”nı təsdiqlədi və ölkənin bank sektoru iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində 2 milyard manatlıq yaşıl maliyyələşdirmə öhdəliyi götürdü.

Bu ildə 1990-cı illərin əvvəllərində Qazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş dörd kəndi işğaldan azad edildi.

2024-cü ildə Azərbaycanda əsas kapitala 21 milyard 435,1 milyon manat məbləğində investisiya yönəldilib ki, bu da 2023-cü illə müqayisədə 0,7% azalma təşkil edir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,2% azalmış, qeyri-neft-qaz sektoruna isə 3,3% artmışdır. İstifadə olunmuş investisiyanın 10 641,3 milyon manatı (49,6%) məhsul istehsalı sahələrinə, 8 221,1 milyon manatı (38,4%) xidmət sahələrinə, 2 572,7 milyon manatı (12,0%) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 18 145,7 milyon manatını (84,7%) daxili investisiyalar təşkil edib. Eyni zamanda, əsas kapitala yönəldilən investisiyaların 15 524,9 milyon manatı (72,4%) tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

2024-cü ildə Azərbaycan 334 918,14 min ABŞ dolları dəyərində 537 628,46 ton neft məhsulları ixrac edib, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 41,5% (dəyər), 41,9% (həcm) azdır.

2024-cü il ərzində Azərbaycanda 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib. Ölkədə qızıl istehsalı əvvəlki illə müqayisədə 3.5%, gümüş istehsalı isə 14% azalıb. 2025-cü il yanvar ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 56 kq və 334.9 kq təşkil edib.

2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 7% azalaraq 47 milyard 612,1 milyon ABŞ dolları səviyyəsində olub. İxrac 21,7% azalaraq 26 milyard 554 milyon ABŞ dollarına, idxal isə 21,8% artaraq 21 milyard 58 milyon ABŞ dollarına çatıb. Xarici ticarət dövriyyəsində 5 milyard 496 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranıb, lakin bu, ötən ilin eyni dövrünə nisbətən üç dəfə azdır.

2024-cü ildə ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilə müqayisədə 6,4% artaraq 83 milyard 93,4 milyon manat olub ki, bu da hər nəfərə orta hesabla 8144,1 manat təklif edir. Əhalinin sərəncamında qalan gəlirləri isə 73 milyard 409,4 milyon manat təşkil edib.

2024-cü ildə Azərbaycada muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,1 faiz artaraq 1009,2 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

2024-cü ildə Azərbaycanın ümumi məhsul ixracı 26.5 milyard ABŞ dolları, idxalı isə 21 milyard 58 milyon ABŞ dolları təşkil edib.

Siyasət ŞəkilVəzifəAd, Soyadframeless|172x172pxPrezidentİlham Əliyevframeless|168x168pxBirinci vitse-prezidentMehriban Əliyevaframeless|167x167pxBaş nazirƏli Əsədovframeless|179x179pxMilli Məclisin SədriSahibə Qafarova

Xarici İşlər naziri — Ceyhun Bayramov Daxili İşlər naziri — Vilayət Eyvazov Müdafiə naziri — Zakir Həsənov Müdafiə Sənayesi naziri — Vüqar Mustafayev Elm və Təhsil naziri — Emin Əmrullayev Mədəniyyət naziri — Adil Kərimli Səhiyyə naziri — Teymur Musayev Ekologiya və Təbii Sərvətlər naziri — Muxtar Babayev Fövqəladə Hallar naziri — Kəmaləddin Heydərov Gənclər və İdman naziri — Fərid Qayıbov Kənd Təsərrüfatı naziri — Məcnun Məmmədov Maliyyə naziri — Samir Şərifov Rəqəmsal İnkişaf və Nəqliyyat naziri — Rəşad Nəbiyev İqtisadiyyat naziri — Mikayıl Cabbarov Energetika naziri — Pərviz Şahbazov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri — Sahil Babayev Ədliyyə naziri — Fərid Əhmədov

Hadisələr

Yanvar thumb|Respublika Perinatal Mərkəzi yanğından sonra 7 Yanvar — Prezident İlham Əliyev Azərbaycana yeni təyin olunmuş Yaponiya, Lüksemburq və Peru səfirlərinin etimadnamələrini qəbul etdi: Yaponiya səfiri - Katsuya Vatanabe Lüksemburq səfiri - Alain de Muyser Peru səfiri - Sezar Auqusto de las Kasas Dias 8 Yanvar BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana səfər etdi. Milli Qeyri-Hökumət Təşkilatları Forumu Naxçıvan şəhərində regional forum keçirdi. 9 Yanvar Respublika Perinatal Mərkəzində yanğın: Bakı şəhərinin Xətai rayonunun ərazisində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın nəticəsində yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşaq öldü. Prezident İlham Əliyev və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan arasında görüş oldu. (Bakı) 15 Yanvar — Binəqədi rayonunun A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş vermişdir.Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatı : Mebel sexində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb

Proqnozlaşdırılan və planlaşdırılan hadisələr Yanvar 31 yanvar — Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi

Fevral 7 fevral — Azərbaycanda növbədənkənar prezident seçkiləri

Sentyabr 1 sentyabr — Azərbaycanda növbədənkənar parlament seçkiləri (2024) 20 sentyabr — Dövlət Suverenliyi Günü

Doğumlar

Ölümlər Yanvar 1 yanvar Kamila Batmanqılınc, azərbaycanlı-britaniyalı iş adamı, yazıçı, xeyriyyəçi. (d. 1963) Vəlihə Abdullayeva, dövlət xadimi. (d. 1949) 3 yanvar — Viktor Kuznetsov, əməkdar məşqçi. (d. 1945) 5 yanvar — Gülbahar Şükürlü, musiqiçi, qarmon sənəti ustası, Əməkdar artist. (d. 1962) 6 yanvar — Aygün Bəylər, müğənni, əməkdar artist. (d. 1975) 7 yanvar — Tofiq Rəfiyev, dövlət xadimi, əməkdar dövlət qulluqçusu. (d. 1942) 9 yanvar — Çingiz Hüseynov, nasir, Azərbaycan SSR əməkdar incəsənət xadimi. (d.1929)

Həmçinin bax XXI əsr 2020-ci illər 2024

İstinadlar

Kateqoriya:2024-cü ildə Azərbaycan