Hadaş () və ya tam adı ilə Sülh və Bərabərlik Uğrunda Demokratik Cəbhə (, ; , ) — İsraildə solçu və qeyri-sionist siyasi partiya.

"Hadaş" özünü yəhudi-ərəb partiyası kimi müəyyənləşdirir. Seçicilərinin və liderlərinin əksəriyyəti İsrailin ərəb vətəndaşlarıdır. Bununla belə, bir çox yəhudi də partiyaya səs verir: məsələn, 2009-cu il seçkilərində partiya Təl-Əvivdə 2,32% səs toplamış, Təl-Əviv meri seçkilərində isə partiyanın namizədi Dov Hanin 34% səs almışdır. Partiyanın İsrail parlamentində, "Knesset"də dörd nümayəndəsi var (onlardan üçü ərəb, biri yəhudidir).

İstinadlar

Xarici keçidlər

«Хадаш» на сайте Кнессета

Kateqoriya:İsraildəki siyasi partiyalar Kateqoriya:Ölkələrinə görə kommunist partiyaları Kateqoriya:Sosialist partiyaları