Solmaz Daryani () — Birləşmiş Krallıq və İranda fəaliyyət göstərən, İran azərbaycanlısı olan fotoqraf və viziul incəsənət ustası. Onun işi xüsusilə iqlim təhlükəsizliyi, iqlim dəyişikliyi, su böhranı, Yaxın əv Orta Şərqdə insan şəxsiyyəti və ətraf mühit mövzularını əhatə etməsi ilə fərqlənir. Daryani, "Qadın Fotoqraflar" və "Diversify Photo" təşkilatlarının üzvüdür.

Fotoqrafiya və yazıçılıq sahəsində Urmiya gölünün qurudulması məsələsindən çox bəhs etmiş, bu barədə yazdığı kitab "FotoEvidence Fondu" tərəfindən çap edilmişdir.

Onun işləri beynəlxalq jurnallar və qəzetlər, o cümlədən: "National Geographic", "L'OBS Magazine", "Foreign Policy", "Polka" və "Zenith" tərəfindən nəşr edilmişdir. 2016-cı ildə o, Sabii azlığının dini icmasına və onların cənub-qərbdə, Əhvazdakı müsəlman icması ilə qarşılıqlı əlaqəyə diqqət yetirməklə din və ətraf mühitin kəsişməsini sənədləşdirən layihə olan "Din haqqında" adlı layihənı həyata keçirmişdir. Onun bu layihəsi "Magnum Foundation Photography in Collaboration" qrantını almışdı.

Həyatı Daryani Tehranda İslami Azad Universitetində kompüter elmləri üzrə təhsil almış, proqram təminatı mühəndisliyi ixitsası üzrə magistr dərəcəsi yiyələnmişdir. O aviasiya fotoqrafiyasına olan marağına görə 2012-ci ildən həvəskar fotoqraf kimi fəaliyyətinə başlamışdır.

Fəaliyyəti Solmaz Dəryani 2014-cü ildən bəri Yaxın Şərqin ən böyük ekoloji fəlakətlərindən biri olan Urmiya gölünün quruması və onun ətraf mühitə vurduğu zərərlər, həmçinin bəşəriyyətə təsirini vurğulayan əsərlər yaratmağa başlayıb. 2021-ci ildə onun "Yerin gözləri" adlı ilk kitabı (ingiliscə:The Eyes of Earth) "FotoEvidence" Fondu tərəfindən nəşr olunub. Qrantın mövzusu "Din barədə" adlanırdı.

2019-cu ilin payızında VII Foto Agentliyinin üzvü və həmtəsisçisi olan tanınmış fransız fotoqraf Alexandra Boulat Qrantını alaraq üçün Danimarka Jurnalizm və Mətbuat Məktəbində təhsil almaq hüququ qazandı. 2017-ci ildə "Din haqqında" layihəsinə görə "Magnum Foundation Qrantı"nı qazanır. Onun davam edən "Yerin gözləri" layihəsi "IdeasTap" və "Magnum Photos", "PhotogrVphy Grant" və "FotoEvidence Book" mükafatı laureatıdır.

Daryani, "Qadın Fotoqraflar" və "Diversify Photo" təşkilatlarının üzvüdür.İşləri ilə yerləri, personajları və səhnələri araşdırmağı, insanlar və mühitlər arasındakı əlaqəni öyrənməyi hədəfləyir. Solmaz Dəryani adətən uzunmüddətli layihələr üzərində işləyir. Fəaliyyətinin başlanğıcından etibarən uzunmüddətli serial layihələri yaratmış və insanlara, ətraf mühitə təsirini anlamaq məqsədilə hekayələr üzərində işləmişdir. Onun uzunmüddətli foto layihələri arasına "Yerin gözləri" (2014-cü ildən davam edir) və "Bataqlıq sahillərində" (2018-ci ildən davam edir) layihələri daxildir. 2017-ci ildə Fransanın "Focus Iran" sənədli filmi üçün çəkdiyi fotoşəkilləri maraqla qarşılanmış, beş finalçı fotoqraf arasında yer alaraq yaradıcılığını dünyaya nümayiş etdirmişdir.

Daryani beynəlxalq səviyyədə İran, Əfqanıstan, Türkiyə və Böyük Britaniyada su böhranları, iqlim dəyişikliyi və sosial sənədli hekayələr üzərində işləmişdir. Əsərləri The New York Times, Der Spiegel, National Geographic Magazine, Atlas Obscura, Foreign Policy Magazine, L'OBS Magazine, Le Monde hors serie, Polka Magazine, The American Scholar Magazine və digər nəşrlər kimi beynəlxalq jurnal və qəzetlərdə dərc olunub.

Solmaz Daryaninin fəaliyyətində Urmiya gölünün qurumasına xüsusi diqqət ayrılmışdır. BMT-in Devolepment Programı tərəfindən dəstəklənən və 2019-cu ildə həyata keçirilən "Inequality and climate change: The double threat to life on Earth" iştirak edən və qaliblərdən biri olan Daryani bu sözləri demişdi:

Urmiya gölünün şimal-şərqindəki Şeyx Vəli sahil kəndində quru yerdə xarab olmuş gəmi oturur [bu mövzuda çəkdiyi rəsmi göstərir]. Şeyx Vəli əvvəllər çox məşhur turizm məkanı olub. Urmiya gölü quruyandan sonra ətraf torpaqların dəyəri azaldı və orada yaşayan ailələr üçün xeyli maddi problemlər yarandı…Babam gölün kənarında motel tikdirmişdi. On ildən az əvvəl o, gündə onlarla turisti qəbul edirdi. [Solda hələ göl sulu ikən çəkilmiş və ailəsinə məxsus olan fotonu göstərərək] Atamın çəkdiyi fotoşəkildə əmim (ayaqda duran) babam (ağ saçlı) və bir neçə başqa adamla, yəqin ki, qonaqlarla öz qayığına minir. Əmim nənəmin evinə gələn qonaqları Şərəfxanə limanından və göldən xoş xatirələrlə tərk etmək üçün gəmi ilə gəzdirirdi — İran, 1982. Sağda [özünün gölün əksər hissəsinin qurumasından sonra çəkdiyini fotonu göstərərək]: Urmiya gölünün kənarındakı Şeyx Vəli kəndində yaşayan uşaqlar qurumuş göl sahilində oynayırlar. Eyni yer on il əvvəl su altında idi — İran, 2015.

Fotolarından nümunələr

Mükafatları və sərgiləri 2021 "Foto Evidence" Kitab mükafatı qalibi 2021 RPS "Elm fotoqrafı" — ilin finalisti 2020 "75th College İlin Fotoqrafı" mükəmməlliyyət mükafatı (Portret kateqoriyasında) 2020 Merlin Staford Foto-müsahibə mükafatı — ikinci yerin sahibi 2019 "VII Academy" tərəfindən verilən "Alexandra Boulat Grant"ının qalibi 2019 Beynəlxalq Qadın Fotoqraflar Birliyi (IWPA) tərəfindən verilən ilin qadın fotoqrafı mükafatı — ilin finalisti Fransa 2018 "PhotogrVphy Grant" da ikinci yerin sahibi (İqlim kateqoriyasında) 2018 Beynəlxalq Qadın Fotoqraflar Birliyi (IWPA) tərəfindən verilən ilin qadın fotoqrafı mükafatı 2018, Fransa 2017 "Magnum’’ vəqfi tərəfindən verilən "Din barədə" fotoqraf əməkdaşlığı qrantının qalibi, (NYC, ABŞ) 2016 IdeasTap ilə "Magnum" foto qrantının qalibi, London, Birləşmiş Krallıq 2016 "D&AD Next Photographer Award" üçün qısa siyahıya alınmışdır, London, Birləşmiş Krallıq 2015 Sheed Grant (Sənədli Fotoqrafiya üzrə Müstəqil Mükafat) üçün qısa siyahıya alınmışdır. 2013 Tirgan Müasir İncəsənət Mükafatı, Toronto, Kanada 2013 Bursa Beynəlxalq Foto Festivalı üçün qısa siyahıya alınmışdır, Bursa, Türkiyə. 2020 Bizdən sonra, KUNST HAUS WIEN Ekologiya muzeyində sel sərgisi, Vyana (Avstriya) 2020 Bruklin, Nyu-York, Photoville’s (ABŞ) 2020 PhEST Beynəlxalq Fotoqrafiya və İncəsənət Festivalı, Monopoli (İtalya) 2020 Mənim Mühitim Beynəlxalq Festivalı, Neue Schule für Fotografie, Berlin 2019 Su və Ədalət festivalı F2 Fotofestival , Dortmund, Almaniya 2019 Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Photoville məntəqəsində təşkil edilən qeyri-bərabərlik və iqlim mövzusundakı sərgisi, (Bruklin, Nyu-York, ABŞ) 2019 Qrup sərgisi, İran, 1979–2019 Maupetit Cŏtė Qalereyası, Marsel 2019 Beynəlxalq Qadın Fotoqraflar Birliyi Səyahət sərgisi, La Galerie, Dubay, Fransız Birliyi 2018 "(IR) Gerçək İran", Mandarin Qalereyası, Paris, Fransa. "Sciences Po Paris" və "La Chaîne" əməkdaşlığı ilə 2017 "Iran Anne 38" qrup sərgisi, "Les Rencontres d’Arles" Festivalı, Sainte-Anne, Arl (Fransa) 2016 PondyPHOTO Hindistan Beynəlxalq İncəsənət Festivalı (Hindistan) 2013 Bursa Foto Festivalı, Həyatın Rəngləri sərgisi, Bursa, Tükiyə 2013 Tirgan İran/Kanada İncəsənət və Mədəniyyət Festivalı və Vizual incəsənət sərgisi (Kanada) 2012 HIPA Foto Müsabiqə illik Kitab sərgisi Wollongong Univeristeti, Dubay (BƏƏ)

Həmçinin bax Reza Deqati

İstinadlar

Xarici keçidlər

Official Website

Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:Azərbaycanlı fotoqraflar Kateqoriya:İran fotoqrafları