Zoosadizm — həzz almaq vasitəsi heyvanlara qarşı amansız rəftar olan sadizm növü. Termini Almaniya yazıçısı, rejissoru və mədəniyyətşünası Ernest Borneman təqdim etmişdir.

Tədqiqat 1971-ci ildə amerikalı sosial psixoloqlar "tipik" heyvan istismarçısını zorakılığa məruz qalmış, IQ-su 91 olan 9,5 yaşlı oğlan kimi təyin etmişdilər. Uşaq psixiatrı E. Vizard bunu belə şərh etmişdir: "Balaca dağsiçanları və ya adi siçanları ayaqlarının altında tapdalamışdılar, heyvanları diri-diri yandırmışdılar. Bu, heç bir bəraət qazana bilməyən mənasız qəddarlıqdır".

E. Vizardın dediyinə görə, "... heyvanlara qarşı amansızlıq, onlara qarşı cinsi maraqla müşayiət olunması gələcək cinsi cinayətkarın şəxsiyyətinin formalaşma ehtimalının yüksək olmasının göstəricisidir".

Hüquqi vəziyyət Birləşmiş Ştatlarda 2010-cu ildən bəri “ciddi bədən xəsarəti alan məməlilər, quşlar, sürünənlər, suda-quruda yaşayanlar" haqqında “ədəbsiz” şəkillərin yaradılması və ya yayılması federal cinayət hesab olunur.Robson, Ruthann (2010-12-14) Animal Porn — Criminalized by Federal Law Again , Constitutional Law Prof Blog

Gəmçinin bax

Sadizm Zoofiliya Heyvan zorakılığı

İstinadlar

Xarici keçidlər

Four-legged Forensics: What Forensic Nurses Need to Know and Do About Animal Cruelty Kateqoriya:Parafiliyalar Kateqoriya:Zoofiliya Kateqoriya:Heyvanlara qarşı qəddarlıq Kateqoriya:Heyvanların rifahı