Ser Qodfri Nyubold Haunsfild (; ) — ingilis elektrik mühəndisi, nəzəriyyəçi Allan Kormak ilə birlikdə aldığı "kompüter tomoqrafiyasının inkişafına görə" fiziologiya və ya tibb üzrə 1979-cu il Nobel mükafatı laureatı.

London Kral Cəmiyyətinin üzvü (1975) .

Alimin adı tomoqrafiyada istifadə olunan rentgen şüaları üçün mühitin sıxlığını ölçən şkala — Haunsfild şkalası ilə verilir. Bədənin normal anatomik strukturları tərəfindən rentgen şüalarının udulma əmsalına uyğun miqyas vahidlərinin diapazonu -1024 ilə +1024 arasındadır. Haunsfild şkalası üzrə orta dəyər (0 HU) suyun sıxlığına, mənfi miqyaslı dəyərlər hava və yağ toxumasına, müsbət qiymətlər yumşaq toxuma, sümük toxuması və daha sıx maddələrə (metal) uyğundur.

İstinadlar Kateqoriya:London Kral Cəmiyyətinin üzvləri Kateqoriya:Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Kateqoriya:Böyük Britaniya mühəndisləri Kateqoriya:Cəngavər bakalavrları Kateqoriya:"Britaniya imperiyası" ordeni komandorları Kateqoriya:Əlifba sırasına görə Nobel mükafatı laureatları Kateqoriya:Vikipediya:Vikiverilənlərdə Azərbaycan dilinə tərcümə olunmamış elementlər olan məqalələr Kateqoriya:2004-cü ildə vəfat edənlər Kateqoriya:12 avqustda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:1919-cu ildə doğulanlar Kateqoriya:28 avqustda doğulanlar Kateqoriya:İngiltərə ixtiraçıları