Mixail Lomtadze (; ) — gürcü əsilli Qazaxıstan texnoloji sahibkarı, investoru, həmtəsisçisi, səhmdarı və Kaspi.kz idarə heyətinin sədri, Kolesa Group şirkətinin səhmdarı və müşahidə şurasının sədri.
Harvard Biznes Məktəbinin Mərkəzi Asiya, Türkiyə, Yaxın Şərq və Şimali Afrika regionu üzrə Məsləhət Şurasının üzvüdür. Təhsili Mixail 1997-ci ildə Avropa Menecment Məktəbində (Tiflis) bakalavr dərəcəsi və 2002-ci ildə Harvard Biznes Məktəbində magistr dərəcəsi almışdır. Karyerası Mixail özünün ilk şirkəti olan "Georgia Consulting Group Audit"i çox erkən, 1995-ci ildə, hələ Tbilisidə tələbə olarkən yaratmışdı. Şirkət audit və konsaltinq xidmətləri göstərirdi. 2002-ci ildə Lomtadze şirkəti uğurla Ernst & Young-a satdı.
Bundan sonra o, karyerasına Rusiyanın ən böyük özəl kapital fondu olan Baring Vostok Capital Partners-də əvvəlcə layihə meneceri, sonra isə tərəfdaş kimi başlayıb. "Europlan", "Maliyyə Texnologiyaları Mərkəzi" kimi şirkətlərə investisiyaları idarə edib. 2003-2005-ci illərdə Rusiya Vençur İnvestisiya Assosiasiyasına rəhbərlik edib. 2003-2006-cı illərdə Rusiyanın Europlan lizinq şirkətinin Direktorlar Şurasının sədri vəzifəsində çalışıb. Rolf şirkətlər qrupunun lizinq bölməsi olan Kelvin-i almaq üçün 20 milyon dollarlıq müqavilə bağlayıb.Azərbaycanda turbo.az,boss.az və tap.az həmçinin bina.az ın sahibidir İstinadlar
Xarici keçidlər
Forbes profili "turbo.az", "tap.az" və "bina.az"ın sahibi 1 milyard dollar itirdi
Kateqoriya:Gürcüstan sahibkarları Kateqoriya:Qazaxıstan milyarderləri