Cəlal Fırat () — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Cəlal Fırat 1975-ci ildə Malatya ilində anadan olub. İbtidai və orta təhsili Malatyada, lisey təhsilini isə İstanbulda alıb.

Uzun illər ticarətlə məşğul olub. Ələvilər Dərnəyi Federasiyasının sədri, Avropa Ələvilər Dərnəyi Konfederasiyasının İdarə Heyətinin üzvü vəzifələrində təmsil olunub. 2012-ci ildən Qərib Dədələr cəm evinin prezidentidir.

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

Evlidir və 2 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları