Perihan Koca Doğan () — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Perihan Koca Doğan 1987-ci ildə Antalya ilində anadan olub. Samsun Ondoqquz May Universiteti Təhsil Bölməsindən məzun olub.

Uzun illər Milli Təhsil Nazirliyinə tabe olan təhsil müəssisələrində müəllim olaraq çalışıb.

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Mərsin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ətraf mühit Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyə siyasi partiyalarının sədrləri