və ya doğum adı ilə – Yaponiya rok-musiqiçisi. "Apryl Fool" qrupunun baş vokalisti olmuşdur.

Karyerası Çu Kosaka 1968-ci ildə "The Floral" rok-qrupunda debüt etmişdir. 1969-cu ildə Haruomi Hosono və Takaşi Matsumoto ilə birlikdə "Apryl Fool" rok-qrupunu yaratmış və Yaponiyada rok-n-roll tarixinin bünövrəsini qoymuşdur.

"Apryl Fool" qrupu dağılandan sonra Kosaka 1975-ci ildə Masataka Matsutoya da daxil olmaqla "Tin Pan Alley" qrupunun üzvləri ilə birlikdə "Horo" albomunu buraxmışdır. Soul janrında olan bu albom Yaponiyada uğur qazanmışdır.

Şəxsi həyatı Kosaka xristian olmuş və protestant kilsəsi pastoru kimi fəaliyyə göstərmişdir. Rusiya–Ukrayna münaqişəsində Ukraynanı dəstəklədiyini bildirmişdir. 2022-ci ilin martında ona bağırsaq xərçəngi diaqnozu qoyulduğunu açıqlamışdır. Kosaka 29 aprel 2022-ci ildə ölmüşdür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaponiya protestantları Kateqoriya:Yaponiyada xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Yaponiya rok-musiqiçiləri Kateqoriya:Yaponiyanın kişi musiqiçiləri Kateqoriya:Kolorektal xərçəngdən ölənlər