Meral Danış Beştaş () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı.
Həyatı Meral Danış Beştaş 5 aprel 1967-ci ildə Mardin ilinin Mazıdağı ilçəsində anadan olub. 1990-cı ildə Dicle Universiteti Hüquq Bölməsindən məzun olub.
Diyarbəkirdə hüquqşünas olaraq çalışıb. Diyarbəkir Vəkillər Kollegiyası İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrində təmsil olunub. İnsan Hüquqları Dərnəyinin üzvü olub.
1999-cu ildə Almaniyanın Weimar İnsan Hüquqları Ödülünə layiq görülüb. Dəfələrlə platformalarda və tədbirlərdə insan hüquqları və qadın hüquqları mövzularında məruzələrlə çıxış edib.
HDP həmsədrinin müavini, HDP Hüquq və İnsan Haqları Komissiyasının sədri olub.
30 yanvar 2017-ci ildə Kobani hadisələrinə görə HDP İdarə Heyətinə qarşı açılan istintaq çərçivəsində saxlanılıb və "silahlı terror qrupuna üzv olmaq" iddiası ilə həbs edilib. 2017-ci il aprelin 22-də baş tutan iclasda o, azadlığa buraxılıb.
İyun 2015 və noyabr 2015-ci ildə Adana ilindən, 2018-ci ildə Siirt ilindən, 2023-cü ildə isə Ərzurum ilindən Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. 26-cı çağırışda TBMM Konstitusiya Komissiyasının üzvü və HDP TBMM qrupunun sədr müavini, 27-ci çağırışda TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü və HDP TBMM qrupunun sədr müavini, 28-ci çağırışda isə DEM Partiyası TBMM qrupunun sədr müavini vəzifələrində təmsil olunub.
Kürdcə və ingiliscə bilir. Evli və 2 uşaq anasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:TBMM XXVI çağırış deputatları Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları