Serap Yazıcı Özbudun () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Serap Yazıcı Özbudun 1963-cü ildə Ankarada anadan olub. 12 yaşında anasının öldüyü yol-nəqliyyat qəzasında görmə qabiliyyətini itirib. 1984-cü ildə Ankara Universiteti Hüquq Bölməsindən məzun olub. 1986-cı ildə həmin universitetin Sosial Elmlər İnstitutunda magistr dərəcəsi, 1995-ci ildə isə PhD dərəcəsi alıb. 1991-1992-ci illərdə İngiltərənin Bristol Universitetində təlim alıb.

Konstitusiya hüququ professoru olaraq 1998-2012-ci illərdə İstanbul Bilgi Universitetində, həmçinin İstanbul Şəhər Universitesi və Sabancı Universitetində çalışıb. Hüquq mövzularında məqalələri mövcuddur.

2001-2003-cü illərdə Cümhuriyyət Xalq Partiyası Məclisinin üzvü olub. 2020-ci ildə Gələcək Partiyasının üzvü olub və İdarə Heyətinin üzvü — insan hüquqları üzrə sədr müavini vəzifəsində təmsil olunub.

2023-cü il mayın 14-də Gələcək Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Konstitusiya Komissiyasının və TBMM Ədalət Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Səadət və Gələcək Partiyalarından ibarət TBMM qrupunun təsis edilməsi üçün 6 iyul 2023-cü ildə hüquqi olaraq Səadət Partiyasının üzvü olub.

İngiliscə bilir. Evlidir.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları Kateqoriya:Türkiyə qadın akademikləri