Yəhya Hüseynov Qasım oğlu () — Sovet dəmiryolçusu, 1-ci çağırış SSRİ Ali Sovetinin deputatı.

Həyatı O, Azərbaycan SSR-in Biləcəri deposunda maşinist işləyib. 1937-ci ildə 1-ci çağırış SSRİ Ali Sovetinin deputatı seçilib.

Böyük Vətən Müharibəsinin başlaması ilə Hüseynov onu cəbhəyə göndərmək xahişi ilə SSRİ Dəmir Yolları Xalq Komissarlığının rəhbərliyinə müraciət edir. Onun xahişi təmin olunur və Qərb yoluna göndərilir. Alman hava qüvvələrinin Smolenskə hücumu zamanı Hüseynov qolundan yaralansa da, postunda qalır. Yartsevo rayonunda qovşaqda silah və sursatla dolu qatarların çıxarılmasını təşkil edərkən şəhərin növbəti bombalanması zamanı həlak olur.

Cənubi Qafqaz respublikalarının, o cümlədən Azərbaycan dəmiryolçularının müharibədəki tarixi xidmətini yüksək dəyərləndirən ordu generalı İvan Tyulenov yazırdı:

Xatirəsi Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki küçə onun adını daşıyır.

İstinadlar

Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları