İran Silahlı Qüvvələrinin Baş Qərargahı — İran Ordusu ilə İslam İnqilabı Keşikçiləri Korpusu, həmçinin polis komandanlığı və Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi arasında koordinasiyaya cavabdeh olan İran Silahlı Qüvvələrinin ən yüksək hərbi qurumu.
Tarixi Silahlı Qüvvələrin Baş Qərargahı İran Silahlı Qüvvələrinin ən yüksək hərbi orqanıdır. Bu qərargah ordu, İnqilab Keşikçiləri və hüquq-mühafizə komandanlığı daxil olmaqla, quru, dəniz və hava qoşunlarını, İranın bütün silahlı qüvvələrində siyasətin hazırlanması, nəzarəti və kontrolu üçün cavabdehdir. İ. İ. R.-nın Konstitusiyasının 110-cu maddəsinə əsasən, Silahlı Qüvvələrin Baş Qərargah rəisini birbaşa Ali Baş Komandan kimi İslam Respublikasının ali dini rəhbəri təyin edir.
Rəhbərləri Silahlı Qüvvələrin Baş Qərargah rəisini birbaşa İranın Ali Baş Komandan vəzifəsi daşıyan Ali Rəhbər təyin edir. Əli Əkbər Haşimi Rəfsəncani (1988) Mir Hüseyn Musəvi (1988–1989) Seyid Həsən Firuzabadi (1989–2016) Məhəmməd Baqiri (2016–2025) Əbdülrəhim Musəvi (2025–2026)
Xarici keçidlər
Kateqoriya:İran Silahlı Qüvvələri Kateqoriya:1988-ci ildə yaradılmış təşkilatlar
Kateqoriya:1988-ci ildə yaradılmış hərbi hissələr və birləşmələr