Ərzurum Texniki Universiteti (türk. Erzurum Teknik Üniversitesi, ETÜ) — Türkiyənin Ərzurum şəhərində yerləşən dövlət universiteti. Universitet Türkiyə Böyük Millət Məclisinin 2010-cu ildə qəbul etdiyi qanuna əsasən yaradılıb.

Universitetdə bakalavr və magistratura təhsili 2012-ci ildə başlamışdır.

Az müddətdə Ərzurum Texniki Universiteti regionda tədqiqat mərkəzinə çevrilməyi bacarmışdır. Strukturu

Fakültələri Universitetdə ümumilikdə 6 fakültə fəaliyyət göstərir:

Ədəbiyyat fakültəsi Elmlər fakültəsi İqtisadiyyat və Biznesin İdarə Edilməsi fakültəsi Mühəndislik və Memarlıq fakültəsi Sağlamlıq Elmləri fakültəsi İdman Elmləri fakültəsi

İnstitutları Universitetdə 3 institut fəaliyyət göstərir:

Elm və Texnologiya İnstitutu Sosial Elmləri İnstitutu Səhiyyə Elmləri İnstitutu Kollecləri Xarici Dillər Kolleci

İxtisasları Mühəndislik və Memarlıq Fakültəsi

Maşınqayırma İnşaat Mühəndisliyi Elektrik-Elektronika mühəndisliyi Kompüter mühəndisliyi Sənaye mühəndisliyi Kimya mühəndisliyi Memarlıq Şəhər və Regional Planlaşdırma Daxili Memarlıq

Fakültədə kompüter laboratoriyaları, iş otaqları və şöbə elmi-tədqiqat laboratoriyaları var.

Yüksək Texnologiyalar Tətbiqi və Araşdırma Mərkəzi (YTTAM) YTTAM qapalı sahəsi olan bölgənin ən böyük tədqiqat mərkəzlərindən biridir. Burada 1000 nəfər üçün nəzərdə tutulmuş xüsusi təmiz havası olan(Cleanroom) otağı, 2 sinif otağı, 22 müxtəlif ölçülü tədqiqat laboratoriyaları, 1 məşq zalı, 1 iclas zalı, 4 işçi otağı, 4 iş ofisi və 1 istirahət otağı xidmət göstərir.

Mərkəzi kitabxanası Universitetin Mərkəzi kitabxanası hər gün 08.00–22.00, şənbə günləri 10.00–20.00 saatları arasında açıqdır. Kitabxana ilə yanaşı, hər bir fakültədə tədris zalları fəaliyyət göstərir.

Xarici əlaqələri Qafqaz Universitetlər Birliyinin üzvüdür

Xarici keçidlər Erzurum Teknik Üniversitesi resmi web sitesi

İstinadlar

Kateqoriya:Türkiyə universitetləri Kateqoriya:Ərzurum Kateqoriya:Türkiyə ali təhsil müəssisələri