Abdurrahman Başkan () — aqrar mühəndis, iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı.

Həyatı Abdurrahman Başkan 1964-cü ildə Tokat ilinin Zile ilçəsində anadan olub. Atatürk Universiteti Aqrar Bölməsindən məzun olub.

Kənd təsərrüfatı sahəsində mühəndis olaraq çalışıb, bu sahə üzrə fəaliyyət göstərən firmalarda rəhbər vəzifələrdə təmsil olunub. 1995-ci ildə öz firmasını qurub.

Uzun illərdir MHP üzvüdür. 2003-2006-cı illərdə MHP İstanbul il şöbəsinin sədr müavini, 2011-2014-cü illərdə MHP İstanbul il şöbəsinin sədri olub. 2009, 2015, 2018 və 2021-ci illərdə MHP İdarə Heyətinin üzvü seçilib. 2014-cü ildə MHP sədrinin baş müşaviri vəzifəsinə təyin edilib.

İyun 2015-ci ildə Tokat ilindən, 2018 və 2023-cü illərdə isə Antalya ilindən MHP namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı seçilib. 28-ci çağırışda TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

İstinadlar

Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları