Yavuz Aydın () — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Yavuz Aydın 1972-ci ildə Trabzon ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Trabzon ilində alıb. Trabzon ilində Ticarət Peşə Liseyini bitirib. Lissabonda NOVA Universiteti Hüquq Bölməsindən məzun olub.
Səhiyyə, turizm və inşaat sahəsində çalışıb, təsisçi, tərəfdaş və menecer olub. Trabzon İş Adamları Dərnəyinin (TİAB) üzvü, Beşidüzü Mədəniyyət və Yardımlaşma Dərnəyinin (BEŞİK-DER) üzvü, Səhiyyə İşəgötürənləri Dərnəyinin (SEİS) üzvü, Beşidüzü İdman Klubunun İdarə Heyətinin üzvü və İdarə Heyətinin sədri vəzifələrində çalışıb.
2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Trabzon ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Evli və 3 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları