Gertruda Roqman (; ) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı, çap ustası.

Həyatı Gertruda Roqman Amsterdamda qravüraçı Henrik Lamberts Roqman və Mariya Yakobs Savereyin ailəsində anadan olub. Anası məşhur sənətkar ailəsindən idi. Buna görə Gertruda qardaşı Rolant Roqman və kiçik bacısı Maqdalena Roqman anası vasitəsilə rəssam Rolant Saverey nəvəsi sayılırdı. Çünki Rolant Saverey anaları Mariya Yakobs Savereyin əmisi idi.Geertruydt Roghman in the :en:RKD Gertruda yəqin ki, atasının emalatxanasında işləyib və qısa ömründə böyük bir iş görməyib. O, daha çox qardaşı Rolantın eskizləri əsasında Amsterdamda Klas Yanson Visher tərəfindən nəşr edilmiş Xoş mənzərələr və ya Rolant Roqmanın həyatdan çəkdiyi əyləncəli səhnələr adlı 14 çapı ilə tanınır."Plaisante Landschappen ofte vermakelijcke Gesichten na 't Leven geteekent door Roelant Rogman", ca. 1645–1650Geertruydt Roghman on :en:inghist Bu səhnələr XVII əsrin ikinci yarısı və XVIII əsrin əvvəllərində yaxşı satılırdı və mənzərə üslubunda işləyən rəssamlara ilham verirdi. O, həm də orijinal işi ilə tanınır. Gertruda Roqman interyerdə işləyən qadınların həkk edildiyi 5 qravürdən ibarət seriyanın müəllifidir.

Gertruda Roqman 1651–1657-ci illər arasında vəfat edib. Onun əsərlərinin çoxu Amsterdamdakı Reyksmüzyemun çap otağında mühafizə olunur.

İstinadlar

Xarici keçidlər

Geertruydt Roghman on :en: Artnet

Kateqoriya:Niderlandda doğulanlar Kateqoriya:Niderlandda vəfat edənlər Kateqoriya:XVII əsr rəssamları Kateqoriya:Flamand intibah rəssamları