Səbailik — Abdullah ibn Səba adlı mövcudluğu mübahisəli bir yəmənli tərəfindən qulat ideyaları üzərində qurulduğu iddia edilən bir təriqət və ya cərəyan. İddialara görə, ilk dəfə Allahı insanlara tanıtmaqla insanın ilahilik prinsipini İslam dininə daxil etmişdir. Bu gün Nusayrilik inancında hakim olan Əlinin Allahlıq (tanrılıq) və ilahilik prinsipinin ilk dəfə bu təriqət mənsubları tərəfindən Ələvi məzhəblərinə daşınaraq qarışdırıldığı iddia edilirKaynak: Mustafa Öz, Mezhepler Tarihi ve Terimleri Sözlüğü, Ensar, İstanbul, 2011..

Abdullah ibn Səbanın əslində həqiqətdən uzaq, xəyali bir obraz olduğunu tanınmış Misir alimi Taha Hüseyn “Böyük fitnə” kitabında qeyd etmişdir. Son onilliklərdə yaşamış cəfəri məzhəbli məşhur tədqiqatçı alim Əllamə Seyid Mürtəza Əsgəri “Abdullah ibn Səba əfsanəsi” adlı kitabında bu məsələ barədə qeyd edir ki, Abdullah ibn Səba adlı şəxsiyyətin və banisi hesab edildiyi Səbaiyyə firqəsinin mövcudluğunun heç bir əsası yoxdur. Abdullah ibn Səba haqqında bütün mövcud rəvayətlər Təbəri tarixindən götürülüb. Təbəri isə bu rəvayətləri hicri 170-ci ildə (miladi 786-787-ci illərdə) vəfat etmiş Seyf ibn Ömər Təmimi Kufi adlı şəxsdən rəvayət edib. Seyf ibn Ömər də İslam Rical mənbələrində yalançı, iftiraçı, hadisələri dəyişdirib əksinə nəql edən ravi kimi tanınır.

Taha Hüseyn “Əli və bənuh” (“Əli və övladları”) kitabında belə deyir: “Tarixçilərin Siffeyn döyüşündə “səbəiyyə” və İbn Səvda(nın rolu) barədə heç bir söz deməmələri ən azı buna dəlalət edir ki, “səbəiyyə” firqəsi və onun başçsı İbn Səvda sonradan – şiələrlə digər islam firqələri arasında münaqişə ortaya çıxdığı zaman qondarılan uydurma və saxta obrazlardır. “Əl-Fitnətul-kubra”: 2/98,99.

İnanclar Etiqadın əsasları Əli ibn Əbu Talib üzərinə formalaşdırılmışdır. İbn Səba Tövratda hər peyğəmbərin bir nümayəndəsi olduğunu və Əli ibn Əbu Talibin İslam Peyğəmbəri Məhəmmədin (s.a.v) nümayəndəsi olduğunu gördüyünü; Məhəmmədin ən üstün peyğəmbər olduğunu, Əlinin isə üstün nümayəndə olduğunu bildirmişdir. O, həmçinin dedi: Sünni ilahiyyatçıları Səbailəri Əli ibn Əbu Talibin ilahiləşdirilməsini təbliğ edən ilk İslam hərəkatı hesab edirdilər. Rəvayətə görə, Əli ibn Əbu Talib, onu tanrı elan edən bir qrup səbainin yandırılmasını əmr etdi və onlar Əliyə dedilər: "İndi bildik ki, sən həqiqətən tanrısan, çünki odla cəza verən ancaq Allahdır". Səbailər Əlinin ölümünü inkar edirdilər. Onun qisas almaq və ədaləti bərpa etmək üçün qayıdacağına inanırdılar. Onlar Əlini Məhəmməd peyğəmbərin vəsiyyətinin davamçısı elan etmişlər və Əlinin imamətini “dayandırmaq” (təvəkkuf) və onun Məsih olaraq “qayıtması” ideyasını ilk dəfə irəli sürmüşdülər. Yenə bəzi səbailik mənsubları “Allah Əlidə və ondan sonra gələcək imamlarda təcəlli etdi” deyirlər. Onlar öz mülahizələri ilə insan ilahilik prinsipini İslama gətirmişlər.

Onlardan bir qrup Allahın Əli ilə bir olduğunu iddia edərək “Sən Allahsan” demişlər Yandırılma

Əksər iddialara görə, Abdullah ibn Səbə Əlinin xilafəti zamanı Əlinin Allah, özünün də onun peyğəmbəri olduğunu iddia edirdi. Əli üç gün ondan tövbə etməsini tələb etmiş, lakin o sözündən dönməmişdir. Bundan sonra Əli təkcə İbn Səbanı yandırmışdır.“İxtiyaru-mərifətir-rical”: səh.106.Əllamə Hilli. “Xülasətul-əqval”. “Ricaul-əllamətil-Hilli”: səh.237.Seyyid Əhməd ibn Tavus. “Həllul-işkal fi mərifətir-rical” (“Ravilərin tanınması mövzusunda qarşıya çıxan problemlərin həlli”). “Ət-təhrirut-tavusi”: səh.173.Şeyx Yusif Bəhrani. “Əl-hədaiqun-nadira”: 8/511.Zəhəbi. “Mizanul-itidal”: 4/105.

Bəzi iddialara görə isə, İbn Səbə peyğəmbərlik iddiası edir, Əlinin Allah olduğunu deyirdi. Əli üç gün ondan tövbə etməsini tələb etmiş, lakin o sözündən dönməmişdir. Bundan sonra Əli onu və eyni iddianı edən yetmiş nəfərlə birlikdə yandırmışdır.“Ricalu-İbn Davud”. səh.30, ikinci hissə“Tənqihul-məqal”. 2/184İbn Həzm. “Əl-fasl fil-miləl vəl-əhva vən-nihəl”: 5/46.

İstinadlar

Xarici keçidlər

Şeyx Əli Ali-Muhsin. Abdullah ibn Səbə: həqiqət, yoxsa xürafat? 313news.net. Tərcüməçi: Hilal Ağamoğlanov. Redaktor: Peyman Məmmədov. səh. 24–29

Kateqoriya:Şiə məzhəbləri Kateqoriya:İslam tarixi