Mister Olimpiya 1969 — Bodibildinq üzrə ən populyar yarışın sayca beşincisi. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1969-cu ilin 13 sentyabrında Nyu-York şəhərində, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir.

Bu dəfəki yarışda iki qat Mister Olimpiyanın qalibi Serjio Olivanın rəqibi heç kimin tanımadığı Arnold Şvartsnegger idi. O zamanın mütəxəssilərin fikrinə görə bu yarışma "bodibildinq tarixinin ən böyük qarşılaşması" idi. Yarış Olivanın qələbəsi ilə yekunlaşdı. Bununlada o bu yarışı ardıcıl 3 dəfə qazanan ilk, eyni zamanda Arnold Şvartseneggerə qalib gəlmiş yeganə idmançı oldu. Arnoldun söylədiklərinə görə o yarışdan sonra özünə söz vermişdir ki, bir daha Serjio Olivaya məğlub olmayacaq və sözünü də tutmuşdur: Növbəti üç qarşılaşmanın hamısında o Serjio Olivaya qalib gəlmişdir.

Nəticələr YerMükafatİştirakçı11000Serjio Oliva, 2Arnold Şvartsnegger,

İstinadlar

Xarici keçidlər Mr. Olympia

Kateqoriya:1969-cu ildə bodibildinq Kateqoriya:Mister Olimpiya yarışları Kateqoriya:Nyu-York ştatında idman Kateqoriya:ABŞ-də idman yarışları Kateqoriya:ABŞ-dəki hadisələr