Siyahı S/SŞəhidRütbəsiSQQısa tərcümeyi-halı1.Babaşov Anar Əlibaba oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları1972-ci il 15 dekabrda Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Anar Babaşov, 1992-ci il 29 oktyabrda Ağdam rayonu istiqamətində şəhid olub. Anar Babaşov, Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidenti Heydər Əliyevin 9 mart 2007-ci il tarixli 2019 nömrəli fərmanı ilə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.2.Babayev Aqil Sultanəli oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 16 iyul 1975-ci ildə Astara rayonunun Hamoşam kəndində anadan olub. 19 oktyabr 1993-cü ildə ordu sıralarına çağırılıb. Əvvəlcə Qusarda hərbi təlim keçib. Daha sonra Füzuli bölgəsində müxtəlif döyüşlərdə iştirak edib. Son iki ayı isə Cəbrayıl rayonu ərazisində döyüşərək 12 fevral 1994-cü ildə Cocuq Mərcanlı kəndində şəhid olub.3.Babayev Əhmədağa Şahbaba oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları23 dekabr 1968-ci ildə İsmayıllı rayonu Quşencə kəndində anadan olub. 1993-cü ildə könüllü olaraq Qarabağ müharibəsinə gedib. Yanvar ayının 30-da Füzuli istiqamətində döyüşlərdə şəhid olmuşdur. 1 fevral 1994-cü ildə Quşencə kəndində dəfn olunmuşdur. 17 sentyabr 1996-cı ildən İsmayıllı rayonu Quşencə kəndi tam orta məktəbi Əhmədağa Babayev adını daşıyır. Babayeva Firəngiz Həlim qızı ilə ailəli idi.Azərbaycan Respublikası Nazirlər Kabinetinin təhsil müəssisələrinə şəhid adlarının verilməsi haqqında 17 sentyabr 1996-cı il tarixli 124 saylı qərarı4.Babayev Müşviq Adil oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 1971-ci il 24 fevralda Şamaxı rayonunun Sabirli kəndində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Müşviq Babayev 1992-ci il 10 sentyabrda Ağdərə rayonu istiqamətində şəhid olub. Müşviq Babayev Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.5.Babayev Rəhman Orucəli oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 17 yanvar (bəzi mənbələrdə: 25 yanvar) 1974-cü ildə Astara rayonunun Hamoşam kəndində anadan olub. O, ilk dəfə Ağdərənin Talış kəndi uğrunda döyüşlərə qatılıb. Son döyüşü 13 iyun 1993-cü ildə olub. Şəhidin oxuduğu Astara rayonunun Hamoşam kənd tam orta məktəbinə onun adı verilib.6.Babayev Telman Nurməmməd oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları4 may 1970-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1993-cü ilin 7 yanvarında itkin düşüb.7.Balaşov Faiq Səməd oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları20 avqust 1970-ci ildə Neftçala rayonunda anadan olub. 1994-cü ilin 31 yanvarında itkin düşüb.8.Babayev Sərvər Ərəb oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları3 yanvar 1969-cu ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1992-ci ilin 10 oktyabrında şəhid olub. Sərvər Babayev Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.9.Babayev Şəfi Adil oğlu38x38px|link=Azərbaycan Quru QoşunlarıSabirabad rayonunun Surra kəndində anadan olub. Hazırda həmin kənddə yerləşən, Şəfi Babayevin təhsil aldığı orta məktəb şəhidin adını daşıyır.10.Bağırov Alim Əlibala oğluleytenant38x38px|link=Azərbaycan Quru Qoşunları26 iyul 1955-ci ildə Salyan rayonunda anadan olub. 1994-cü ilin 16 aprelində şəhid olub. Alim Bağırov Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.11.Bağırov Ələkbər Fazil oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları8 avqust 1969-cu ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1994-cü ilin 20 aprelində şəhid olub. Ələkbər Bağırov Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.12.Bağırov Fizuli İslam oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları25 fevral 1970-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 37 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra, avtomobil rəngsazı peşəsinə yiyələnmişdir. Fizuli Bağırov 1988–1990-cı illərdə Leninqrad şəhərində həqiqi hərbi xidmətdə olmuş, hərbidən qayıtdıqdan sonra isə Gəncə şəhərində yerləşən "VAZ-ın təmiri emalatxanası"nda rəngsaz kimi işləmişdir. Fizuli Bağırov 1992-ci ilin yanvar ayında könüllü olaraq silaha sarılaraq cəbhəyə yollanmış, 709 saylı hərbi hissənin tərkibində xidmət etməyə başlamışdır. O, bir neçə kəndin müdafiəsində hünərlə iştirak etmiş, döyüş bacarığı ilə şəxsi heyətin böyüş hörmətini qazanmış və ona tapşırılan döyüş tapşırıqlarını layiqincə yerinə yetirmişdir. Bağırov Fizuli İslam oğlu 6 iyul 1993-cü ildə Ağdam rayonunun Şahbulaq dağında döyüş əməliyyatını yerinə yetirərkən itkin düşmüş, Kəpəz Rayon Məhkəməsinin 2–2222001 nömrəli qətnaməsi ilə ölmüş elan edilmişdir.13.Bağırov Telman Rəşid oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları2 aprel 1967-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1994-cü ilin 4 oktyabrında şəhid olub. Telman Bağırov Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.14.Bağırov Teymur Əbülfəz oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları12 yanvar 1975-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1993-cü ilin 4 sentybarında şəhid olub. Teymur Bağırov Hacıqabul rayonu, Muğan Gəncəli kənd qəbiristanlığında dəfn olunub.15.Bağırov Yusif Aydın oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları27 noyabr 1969-cu ildə Sabirabad rayonunda anadan olub. 1992-ci ilin 16 martında şəhid olub. Yusif Bağırov Füzuli rayonunda dəfn olunub.16.Balakişiyev Rövşən Misir oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 15 dekabr 1967-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1973-cü ildə Muğanlı kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra 1985-ci ildə hərbi xidmətə yollanmışdır. Leninqrad (indiki Sankt-Peterburq) şəhərində xidmət edən Rövşən hərbi xidmət müddətində dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir. 1988-ci ildə başlanan Qarabağ müharibəsinə qədər Rövşən xidmət etdiyi şəhərdə yaşamış, burada ailə həyatı qurmuşdu. Müharibə başlayanda Rövşən ölkəsinə qayıdır, müharibədə iştirak edir. O, Muğanlı kənd özünümüdafiə dəstəsinin üzvü olaraq Şişqaya, Gülmətəpə, Çirişli dağı istiqamətində gedən döyüşlərdə, Xocavəndin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2 oktyabr 1992-ci ildə Muğanlı, Kuropatkino, Əmiranlar kəndinə düşmən hücum edir və müqavimətlərə baxmayaraq üç kəndi işğal edir. Azərbaycan Milli Ordusu yarandıqdan sonra kəndin özünümüdafiə dəstəsi Ağcabədi rayon 161 saylı hərbi hissənin batalyonlarından birinə çevrilir. Bundan sonra, döyüşçülər Nərgiztəpədə mövqe seçdilər. Onlar dəfələrlə işğal olunmuş kəndlərə hücum planları hazırlasalar da, təəssüf ki, döyüşlərin nəticəsi uğurlu olmamışdır. Rövşən Balakişiyev 30 dekabr 1992-ci ildə Daşlıtəpə adlanan yerdə içində olduğu "UAZ" markalı avtomaşının minaya düşməsi nəticəsində şəhid olmuşdur. Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ailəli idi, bir qız övladı yadigar qaldı.17.Balayev Cavanşir Musa oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları1958-ci il 25 fevralda Şamaxı şəhərində anadan olub. 1991-ci ildə hərbi xidmətə yollanan və Naxçıvanlı, Tap Qaraqoyunlu, Gülablı qəsəbələri uğrunda döyüşlərə, həmçinin Xocalı rayonunun müdafiəsi uğrunda döyüşlərə qatılan Cavanşir Balayev, 1992-ci il 12 iyunda Ağdam rayonu istiqamətində baş tutan Qaraqaya əməliyyatında şəhid olub. Ağdam rayonunda dəfn olunub.18.Bayramov Natiq Əsəd oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları21 may 1974-cü ildə Salyan rayonunda anadan olub. 1994-cü ilin 15 yanvarında şəhid olub. Natiq Bayramov Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.19.Bayramov Ramizəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları1963-cü il Bakı şəhəri Zabrat qəsəbəsində anadan olub. 1967-ci ildə Zabrat qəsəbəsi 33 saylı məktəbə daxil olub və 1976-cı ildə məktəbi bitirib. Təhsilini Azərbaycan Texniki Universitetində "Texnologiyaların idarə edilməsi" ixtisası üzrə davam etdirmiş, ardınca Sankt-Peterburqda hərbi xidmətdə olmuşdur. Xidmətini başa vurduqdan sonra Ramiz yenidən Bakıya qayıtmış və 1982-ci ildən Zabrat maşın qayırma zavodunda baş mühəndis işləmişdir. Ailəli idi, bir övladı yadigar qalıb. Ramiz Bayramov 1991-ci ildə Müdafiə Nazirliyində texniki baxış şöbəsində gizir rütbəsində fəaliyyətə başlamışdır. Ardınca könüllü olaraq döyüş bölgəsinə yollanmış və tankçı olaraq cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə fəal iştirak etmişdir. Ramiz Bayramov 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşanın azad edilməsi zamanı itkin düşmüşdür. Ehtimallara görə onun idarə etdiyi tank mühasirəyə düşmüş və Ramiz Bayramov qəhrəmancasına şəhid olmuşdur. Binəqədi rayonunda yaşadığı ünvana onun adı verilmiş və binaya barelyefi yerləşdirilmişdir."Məşhur neftçinin Şəhid nəvəsi"20.Bəşirov İlqar Məstiəli oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 12 mart 1973-cü ildə Astara rayonunun Maşxan kəndində anadan olub. 1992-ci ilin yazında orduya yollanıb. İlqarın döyüş yolu Ağdamdan başlayıb. Şelli, Şıxlabalı, Muğanlı kəndlərinin müdafiəsində qəhrəmanlıqla döyüşüb. Daha sonra Ağdərə və Beyləqan istiqamətlərində, ön xətdə, düşmənlə üzbəüz mövqedə Vətənin keşiyini çəkib. O, 29 dekabr 1993-cü ildə şəhid olub.21.Biliyev Azər Həsən oğlupolis38x38px|link=Azərbaycan Daxili İşlər Nazirliyi1970-ci il sentyabrın 15-də Şuşa şəhərində anadan olmuşdur. Şəhər 14 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İstitututunun maliyyə iqtisad fakültəsinə daxil olmuşdur. 2-ci kursdan hərbi xidmətə çağırılmış və xidməti vəzifəsini başa çatdırdıqdan sonra Şuşa DİŞ-də işə başlamışdır. 08.04.1992-ci ildə şəhid olmuşdur. Şuşa Şəhidlər Xiyabanı dəfn olumuşdur.22.Budaqov Ramiz Qərib oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 7 noyabr 1973-cü ildə Qazaxıstan vilayətində anadan olub. Ramiz Budaqov subay idi. Əsgər Ramiz Budaqov 1994-cü ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində Ağdam Rayonunun Gülçülük kəndində gedən döyüş zamanı tabor komandirinin həyatını xilas edərək, özü qəhrəmancasına şəhid oldu. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.23.Bünyatov Elsevər Akif oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları12 iyun 1974-cü ildə Qazax rayonunda anadan olub. 1994-cü ilin 17 aprelində şəhid olub. Elsevər Bünyatov Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

İstinadlar

Kateqoriya:Birinci Qarabağ müharibəsi şəhidlərinin siyahıları