Dünyamalılar – Azərbaycan Respublikasının Beyləqan rayonunun Dünyamalılar kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Mil düzündədir. Yaşayış məntəqəsi Mil düzündə yayılmış xələc tayfasının dünyamalılar nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin keçmiş adı da Xələc olmuşdurAzərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.243 .

Dəmirçihəsənli mahalına bağlı obalardan biri də Təklə-Xalaçdır. Təklə-Xalac obasından xeyli ünlü adam çıxıb. Hacı Kərim bəy Xalaç Eyvaz bəy Xalaç oğlu, Hüseyn bəy Xanıməli bəy oğlu və başqaları Qarabağda tanınmış adamlar idilər. 1823-cü ildə Təklə-Xalaç obası dövlətə vergi ödəyən 24 tüstüdən ibarət idi. Vergiödəməyənlər: Əlinağı yüzbaşı 1 tüstü, onun qardaşı Xanıməli bəy 1 tüstü, onun rəncbəri 2 tüstü, Əlinağı bəyin rəncbərləri 2 tüstü, molla 1 tüstü, çavuş 1 tüstü, kasıblar 2 tüstü.

İqtisadiyyat 2014-cü ildə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılmışdır.

Dünyamalılar kəndində illik istehsal gücü 626 min şərti banka olan Konserv zavodu fəaliyyət göstərir.

Əhalisi

Tanınmışları Əzizə Ağahüseynqızı — şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Şəhidlər 1-ci Qarabağ döyüşlərində şəhid olanlar Ağamalıyev Raqub Əhəd Oğlu (08.10.1966–26.01.1994) Əmiraslanov Kərəm Zeynal Oğlu (17.06.1975–04.06.1994) Həsənov Seymur Zalan Oğlu (26.12.1968–17.08.1992) Həşimov Zakir Cəmil Oğlu (1967–08.05.1992) İsmayılov Teymur Qarakişi Oğlu (10.08.1969–16.04.1994) Quluyev Baxşeyiş Maşallah Oğlu (28.04.1964–02.11.1993) Məmmədov İmamqulu Kamal Oğlu (01.07.1959–28.06.1995) Mustafayev Allahverdi Əhmədalı Oğlu (15.07.1957–16.121992) Mustafayev Elburus Ələkbər Oğlu (19.07.1964–17.01.1994) Rzayev Ələmdar Mehdi Oğlu (1971–10.05.1992) Sarıyev Səid Əhəd Oğlu (02.09.1974–26.01.1994) Şükürov Elsevər Əvəz Oğlu ( 25.01.1962-31.01.1994) Zeynalov Vaqif Musa oğlu (04.08.1955-27.01.1994) Aprel döyüşlərində şəhid olan

Məhəbbət Zaman oğlu Mirzəyev (16 dekabr 1994, Dünyamalılar, Beyləqan rayonu – 2 aprel 2016, Azərbaycan) – gizir

2-ci Qarabağ döyüşlərində şəhid olanlar Eltac Sədrəddin oğlu Azadlı (22 mart 1992; Dünyamalılar, Beyləqan rayonu, Azərbaycan – 31 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) Soltanov Gəray Xəlil oğlu(29 oktyabr 1993; Beyləqan rayonu, Azərbaycan – 4 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) Ramil Sudeyif oğlu Qurbanov (6 yanvar 1987; Beyləqan rayonu, Azərbaycan SSR – 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) Səxavət Sabir oğlu İsmayılov (19 avqust 1997; Dünyamalılar, Beyləqan rayonu, Azərbaycan – 7 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) Hasil Miryusif oğlu Abdullayev (21 may 1985; Beyləqan rayonu, Azərbaycan SSR – 16 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) Elçin İslam oğlu Zalov (6 iyun 1995; Dünyamalılar, Beyləqan rayonu, Azərbaycan – 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan)

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı

Kateqoriya:Beyləqan rayonunun kəndləri