Niş döyüşü — 1443-cü ildə, noyabr ayının əvvəllərində Yanoş Hunyadi və Georgi Brankoviçin başçılıq etdiyi səlibçilər ilə Qasım Paşanın rəhbərlik etdiyi Osmanlı imperiyası qoşunları arasında döyüşdü. Səlibçilər Serbiyada Osmanlının qalası olan Nişi ələ keçirmiş və Osmanlının iki ordusunu məğlub etmişdir.Riley-Smith, 275.Hupchick, Dennis P., The Balkans: From Constantinople to Communism, (Palgrave Macmillan, 2004), 117. Niş döyüşü Hunyadinin hərbi yürüşünün bir hissəsi idi. Hunyadi avanqardın başında Trayan darvazasından Balkanları keçmiş, Nişi ələ keçirmiş, üç Osmanlı paşasını məğlub etmiş və Sofiyanı Osmanlılardan almışdır. O, sonradan kral ordusu ilə birləşərək Snaimdə (Kustinitsa) sultan II Muradı məğlubiyyətə uğratmışdır. Kralın səbirsizliyi və 1444-cü ilin fevralında qışın şiddətli olmağı onu geri çəkilməyə məcbur qoymuşdur.

Zəmin 1440-cı ildə Yanoş Hunyadi Polşa kralı III Vladislavın etibarlı məsləhətçisi və ən nüfuzlu sərkərdəsinə çevrilmişdir. Hunyadi Belqrad qalasının kapitanlığı ilə mükafatlandırılmış və Osmanlılara qarşı hərbi əməliyyatlara rəhbərlik etmişdir. Kral Vladislav Hunyadiyə şərqi Macarıstanda mülklər verməklə onun xidmətlərini tanımışdı. Hunyadi qısa zamanda ixtiyarında olan məhdud resurslarla müdafiəsini gücləndirmək üçün fövqəladə qabiliyyət nümayiş etdirmişdi. O, 1441-ci ildə Semendriyada İshaq bəy üzərində qalib gəlmişdi. Transilvaniyada yerləşən Nadşeben yaxınlığında Osmanlı qüvvələrini məhv etmiş və Macarıstanın Valaxiyaya nəzarətini bərpa etmişdi. Səlibçi ordusu 25,000 və ya daha çox qoşun və 600 döyüş vaqonundan ibarət idi.Babinger, Frank and Ralph Manheim, William C. Hickman, Mehmed the Conqueror and His Time, (Princeton University Press, 1978), 25. Hunyadi Qasım Paşanı tapmaq və məğlub etmək üçün özü ilə 12,000 süvari götürmüşdü. Vladislav və Brankovic döyüş vaqonları ilə düşərgədə qalmışdı.

Nəticəsi Laonik Xalkokondilə görə, "Hunyadi 1443-cü ildə Osmanlıları Balkanlarda geri çəkilməyə məcbur etdikdən sonra yorulmuş olan köhnə maqnatlar atalarının tarlalarına sahib olmaq üçün hər tərəfdən tələsmişdilər". Onlardan biri qardaşı oğlu Həmzə Kastrioti və 300 albanla birlikdə Osmanlı ordusunu tərk edən, Kruyanı ələ keçirdikdən sonra Osmanlı imperiyasına qarşı iyirmi beş il davam edən üsyan qaldırmış Giorgi Kastrioti İskəndər bəy idi.Encyclopaedia of the Muslim World, Ed. Skënderbeu: Jeta dhe vepra by Kristo Frashëri, p. 130.

II Murad on illik müqavilə imzalamış və oğlu II Mehmedin xeyrinə taxtdan əl çəkmişdir. Gələn il sülh pozulmuş və Murad Balkanlara qayıtmış, 1444-cü ilin noyabrında Varna döyüşündə qalib gəlmişdir.The Historians' History of the World By Henry Smith Williams - Page 439

Mənbə İstinadlar

Ədəbiyyat

Əlavə ədəbiyyat

Kateqoriya:Osmanlı imperiyasının döyüşləri Kateqoriya:Macarıstanın döyüşləri Kateqoriya:1443-cü ildəki münaqişələr