Bəxtiyar tammetrajlı bədii filmiKazımzadə, A. 60 yaşlı “Bəxtiyar”: Lətif Səfərovun eyniadlı filmi haqqında //Kaspi.- 2015.- 16 iyul.- S.13. rejissor Lətif SəfərovAzərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. "Lətif Səfərov haqqında qeyd". Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 95. tərəfindən 1955-ci ildə ekranlaşdırılmışdır. Bakı kinostudiyasında istehsal edilmişdir. Musiqili film gözəl və bənzərsiz səsə malik neftçi Bəxtiyar Muradovun taleyindən bəhs edir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.40. Əsas rolları Rəşid Behbudov, Tamara Çernova, Faiq Mustafayev, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov və İsmayıl Əfəndiyev ifa edirlər.
Məzmun Qısa məzmun Film gözəl və bənzərsiz səsə malik gənc neftçi Bəxtiyar Muradovun (Rəşid Behbudov) taleyindən bəhs edir. Hələ uşaq ikən, gənc Bəxtiyar öz məlahətli səsilə konservatoriyanın professoru Rəcəbovun (Məmmədrza Şeyxzamanov) diqqətini cəlb edir. Lakin Bəxtiyar xüsusi musiqi təhsili almaq haqda ona verilən məsləhətlərə məhəl qoymur və valideynlərinin yolu ilə gedib neftçi olur. İş elə gətirir ki, o, hər şeydə mənfəət axtaran fırıldaqçı, əsl incəsənətdən uzaq olan klub müdiri Ağabala (Ağasadıq Gəraybəyli) ilə rastlaşır. Ağabala Bəxtiyarı estrada müğənnisi etmək məqsədilə onun çıxışlarını təşkil edir, bu yolla çoxlu pul qazanır. Nəticədə Bəxtiyarın səsi tutulur. Nəhayət Bəxtiyar müğənniliyin böyük sənət olduğunu başa düşüb, bu işlə ciddi məşğul olmağa başlayır. Dostları Bəxtiyarın Saşa ilə barışmasına kömək edirlər.
Geniş məzmun
Film üç dostun Bəxtiyar (Rəşid Behbudov), Saşa (Lyuba Belıx) və Yusifin (Nazim Yüzbaşov) hələ uşaq ikən professor Rəcəbovun (Məmmədrza Şeyxzamanov) bağına alma oğurluğuna girmək planları ilə başlayır. Uşaqlar qərara gəlir ki, Bəxtiyar yaxşı səsi olduğundan daş hasarın üstünə çıxıb oxusun və professor Rəcəbovun başını qatsın. Onlar isə fürsətdən istifadə edib almaları yığsınlar. Bəxtiyar hasarın üstündə başlayır oxumağa. Bunu eşidən professor cəld bayıra çıxıb Bəxtiyarı tutur və evinə gətirir. Onun səsinə valeh olan professor "Xanəndə olmaq istəyirsən" deyə soruşur? "Heç məndən xanəndə olar" deyə Bəxtiyar suala sualla cavab verir. Beləliklə professorla Bəxtiyarın tanışlığı belə baş verir. Professor biləndə ki, uşaqlar almaları yaralı əsgərlər üçün yığırlarmış səxavət göstərib özü onlara çoxlu alma verir.
Bəxtiyar Rza İsmayılovla (İsmayıl Əfəndiyev) hospitalda əsgərlərə mahnı oxuyarkən tanış olur. Müharibədə yaralanan İsmayılov Bəxtiyara yaxınlaşır və bildirir ki, onun atası ilə bir yerdə vuruşmuşdur. Sonra isə xatirə olsun deyə hər üç dostun şəkillərini çəkir. thumb|Filmin rus dilində afişası İllər sürətlə ötür uşaqlıq dostları məktəbi bitirirlər. Və onların yolları ayrılır. Bəxtiyar (Rəşid Behbudov) atasının yolu ilə gedərək neftçi olur. Saşa (Tamara Çernova) ilə Yusif (Faiq Mustafayev) isə Moskvaya oxumağa getməyə hazırlaşırlar. "Neft çıxdı" replikası ilə ilk dəfə ekranda Rəşid Behbudov görünür. Yusif və Saşanı isə biz "Gənclik Bal"ında görürük. Burada Yusifin mənfi xarakteri özünü büruzə verir. Lakin artıq sabahısı gün Yusiflə Saşa Moskvaya yola düşməlidirlər. Bəxtiyarın isə bundan xəbəri yoxdur. Yalnız vağzalda Saşanı yola salmağa gələn Bəxtiyar bilir ki, Yusiflə Saşa birlikdə gedirlər. Qısqanclıqdan Bəxtiyarın kefi pozulur. İncik halda bir-birindən ayrılan sevgililərin hicranı bir neçə il çəkir.
Bu illər ərzində Bəxtiyar neftçi peşəsini davam etdirir. Günlərin bir günündə Mir Həmid (Məmməd Sadıqov) əlində afişa neftçilərin yeməkxanasına daxil olub elan edir ki, "Yoldaşlar! Əziz və möhtərəm yoldaşlar! Əgər içərinizdə oxuyan, oynayan və yaxud bir şeyi çalmağı bacaran varsa təcili surətdə Sahil küçəsindəki kluba gəlsin. Rica olunur. Əziz yoldaşlar!". Bəxtiyar bu xəbərə də əhəmiyyət vermir. Lakin Ağabalanın (Ağasadıq Gəraybəyli) xalası Gülzar (Münəvvər Kələntərli) Bəxtiyarın anasından (Mərziyyə Davudova) xahiş edir ki, heç olmasa gəlib bir mahnı oxuyub getsin. Hamı da görsün ki, o dərnək üzvüdür. Beləcə Bəxtiyar son məqamda gəlib oxuyaraq Ağabalanı belə desək yoxlamanın əlindən xilas edir. Və Ağabala ilə Bəxtiyar belə tanış olurlar. Komissiya ilə problemini həll edən Ağabala görür ki, Bəxtiyardan istifadə edərək varlana bilər. Uzun danışıqlardan sonra Bəxtiyar konsert verməyə razı olur. Ağabalanın tilovuna düşən Bəxtiyar gün keçdikcə professor Rəcəbovun dediyi kimi uçuruma gedir. Nəhayət Bəxtiyarı uşaqlıqdan tanıyan Rza İsmayılov təsadüfən onun bir konsertində iştirak edir. Məhz bu konsertdə Bəxtiyar mahnını axıracan oxuya bilmir. Səsi tutulur. Bu vəziyyətə əsəbiləşən Bəxtiyar qəti qərara gəlir ki, daha oxumasın. Elə belə vəziyyət Ağabalanın da iç üzünü açır və o məşhur replikasını Bəxtiyarın üzünə deyir: "Bəs nə bilirdin? Mejdunarodnu vaqon, qəstinlərdə lüks numra, taksi. Bəs konsertlərdə aldığın dəstə-dəstə güllər nə idi? Onları camaat göndərirdi?! Həə?!." Bundan sonra Rza İsmayılov otağa daxil olur və Bəxtiyarı özü ilə düzgün yola doğru aparır.
Bu müddət ərzində Bəxtiyar bir neçə dəfə Saşa ilə rastlaşır. Lakin maneələr, anlaşılmazlıqlar onları birləşdirə bilmir. Ən böyük maneələrdən biri də Yusif olur. Saşa isə Bəxtiyarın konsertində elə başa düşür ki, şöhrət onun aşiq olduğu saf Bəxtiyarın gözlərini bağlayıb. Ona görə də elə həmin gecə onun ucbatından konserti yarımçıq qalan Bəxtiyarla bərk dava edir. Sabahısı gün isə onunla danışmağa gələndə artıq Bəxtiyarın qastrola getdiyini öyrənir. Taleyin belə qəribə oyunları onların bir-birinə məhəbbətini azaltmır. Sonda dostların fəndi ilə Bəxtiyarla Saşa bir-birinə qovuşur. Və film "Əziz Dost" mahnısı ilə sona yetir.
Filmdə sədaqətli dostluq bağları, hicran, vüsal, saf duyğular öz əksini tapmışdır.
Film haqqında Film rejissor Lətif Səfərovun böyük kinoda ilk rejissor işidir. Lakin qəribə də olsa Lətif bu filmi çəkməyə hazırlaşanda ona bədii filmlər rejissoru adı hələ də verilməmişdi. Film Azərbaycan Televiziyasında nümayiş etdirilən ilk film olmuşdur. (1956) Film iki dildə çəkilmiş, mahnıların hamısı iki dildə yazılmışdır.
Rollarda Rəşid Behbudov — Bəxtiyar: "Bəxtiyar" bədii filmi ənənəvi sxem üzrə yaradılsa da onun müasir materialda olması, tamaşaçıların çox sevdikləri süjet üzərində qurulması, filmə mahnıların bəstəkar T. Quliyev tərəfindən yazılması, ən başlıcası əsas rolda güclü və təmiz səsə malik müğənninin-R. Behbudovun çəkilməsi kinolentin müvəffəqiyyətini təmin etmişdir. Bəxtiyar obrazını yaratmış Rəşid Behbudovun çoxcəhətli istedadı bu filmdə yeni qüvvə ilə özünü göstərmişdir. Düzdür, ssenaridə baş qəhrəmanın daxili aləminin göstərilməsinə az yer ayrılsa da Rəşid Behbudov Bəxtiyarın hiss və həyəcanlarını, düşdüyü çətin anlarda keçirdiyi sarsıntıları, mənəvi aləmini bütöv və parlaq şəkildə açmağa çalışmışdır. Əsasən ssenaridən gələn ayrı-ayrı nöqsanlara baxmayaraq, yaradıcı qrup şən və məzmunlu musiqili film yaratmağa müvəffəq olmuşdur.Aydın Kazımzadə. Azərbaycan Kinematoqrafçıları, səh. 69; Bakı-2002.
Bəxtiyar rolunu oynayan Rəşid Behbudovun aktyor olmadığını göz önünə alarsaq onun rolun öhdəsindən gəldiyi qənaətinə gəlmək olar. Film boyu obrazın replikaları çox olmasa da aktyor-müğənni bəzi kritik məqamların öhdəsindən gələ bilmişdir. Buna misal olaraq Bəxtiyarın Saşanı vağzalda yola salarkən üzündəki kədər və filmin sonunda Ağabalanın üzünə hirslə baxaraq "Bu nə deməkdir? O nə danışır?" deməsi və Ağabalanın yaxasından tutaraq yerə yıxması səhnələri tamamilə alınan səhnələrdir. Ancaq onu da qeyd etmək lazımdır ki, alınmayan səhnələr də az deyil. Misal olaraq Saşa fit çalandan sonra Bəxtiyarın səhnədən ona acıqlı baxaraq dönüb səhnəni tərk etməsi ən alınmayan səhnələrdən biridir. Ama hər halda müğənninin ecazkar səslə oxuduğu mahnılar və əlbəttə rolu səsləndirən Əli Zeynalovun səsi filmin uğurlu alınmasına və bu gün də maraqla izlənməsinə səbəb olmuşdur Tamara Çernova — Saşa Verxovskaya: Filmi beynəlmiləl xarakterli etmək üçün başqa ölkədən dəvət olunan baş rol ifaçılarından biri də Tamara Çernovadır. O, artıq ittifaqda tanınmış aktrisa idi. Saşa Bəxtiyarın uşaqlıqdan bir yerdə böyüdüyü qonşu qızıdır. Saşa uşaqlıqdan oğlan paltarları geyən, oğlanlarla dostluq edən, dəcəl bir qızdır. Lakin Bəxtiyara olan məhəbbəti onu tamamilə dəyişdirir. Bəxtiyardan ayrı düşüb Moskvada təhsil almasına baxmayaraq o, Bəxtiyarı unuda bilmir. Və taleyin qisməti onları yenidən birləşdirir. Faiq Mustafayev — Yusif: Yusif obrazı həyatda nə istədiyini bilən, ədəbaz, özündən razı və paxıl obrazdır. Bəxtiyarla uşaqlıqdan birlikdə böyümələrinə baxmayaraq əslində ona uşaqlıqdan paxıllıq edir. Böyüyəndən sonra Saşanın Bəxtiyarı seçməsi onlar arasında olan bütün körpüləri dağıdır və Yusif Bəxtiyara düşmən gözü ilə baxır. Moskvada ticarət məktəbini bitirdikdən sonra o həyatda öz yerini tapır, hər şeyi əldə edir, təkcə Saşanın qəlbindən başqa. Ağasadıq Gəraybəyli — Ağabala: Ağabala obrazı olmasaydı bəlkə də bu film bu qədər sevilməzdi. Ağabala obrazı fırıldaqçı, fitnəkar və yaltaq obrazdır. Filmin möhtəşəmliyi ondadır ki, hətta mənfi obrazları belə tamaşaçıya sevdirməyi bacarmışdır. Bu da aktyorun yüksək peşəkarlığından xəbər verir. O, bu rola o qədər damğasını vurmuşdur ki, bu rola başqa aktyoru təsəvvür etmək olmur. Ağabalanı ilk dəfə tamaşaçı təşviş içində görür. O qohumlarını başına yığıb danlayır ki, neçə illərdir sizə çörək verirəm. Sayəmdə pul qazanırsınız. İndi isə yoxlama gəlir. Məni bu vəziyyətdən qurtarın. Yoxlama fırıldaqçı Ağabalanı ifşa etməyə gəlir. Ağabala isə uzun illərdir dövlət büdcəsi ilə maliyyələşən özfəaliyyət dərnəyi başçısıdır. Lakin əslində belə bir dərnək yoxdur. Ona görə də o, artistlərə pul verir ki, dərnək üzvü adı ilə gəlib çıxış etsinlər və komissiyanın gözündən pərdə assınlar. Lakin komissiya bu özfəaliyyət fırıldağının üstünü açmaq üzrəykən Bəxtiyar gəlib əsl sənət nümayiş etdirir və Ağabalanın bəxti bu dəfə də gətirir. Sonra isə Ağabala Bəxtiyardan istifadə edərək pul qazanmaq qərarına gəlir. Saf və xeyirxah Bəxtiyar isə hiyləgər Ağabalanın tilovuna çox asanlıqla düşür. Film boyu Ağabala Bəxtiyarı aldadır. Lakin filmin sonunda Ağabalanın fırıldağının üstü açılır. Məmmədrza Şeyxzamanov — Professor Rəcəbov: Məmmədrza Şeyxzmanovun canlandırdığı professor Rəcəbov obrazı xeyirxah müəllim obrazıdır. O, musiqi mütəxəssisidir, konservatoriyada müəllimdir. Bəxtiyarın səsini hələ o uşaqkən eşidir və ona xanəndə olmağı tövsiyə edir. Lakin Bəxtiyar atasının yolu ilə gedib neftçi olu. İllər sonra yenidən Bəxtiyarı görür və Ağabalanın əlindən onu xilas etməyə çalışır. Üç dost uşaq ikən məhz Rəcəbovun bağından alma oğurlamaq qərarına gəlirlər. Bəxtiyar oxuyanda onun səsi pro kifessoru valeh edir və ona deyir ki, səndən yaxşı xanəndə olar. Sonra biz bu obrazı bir neçə dəfə Saşanın ad günündə, Bəxtiyarın konsertində görürük. Bəxtiyarı izləyicilər alqışlayarkən o ən məşhur replikasını deyir: "Axı, mən xahiş etmişdim onu mənim yanıma gətirəsiniz. Bu müvəffəqiyyəti onu uçuruma aparır". Professor haqlı çıxır. Nə qədər cəhd etsə də Bəxtiyarla görüşə bilmir. Lakin filmin sonuna doğru hər şey qaydasına düşəndə biz görürük ki, Bəxtiyar konservatoriyada məhz professor Rəcəbovdan dərs alır.